Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin “Rusiyanı Türk Dövlətləri Təşkilatına daxil edək” təklifini rədd edib.

Hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını belə əsaslandırıb: “Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya bu tələbə cavab vermir. 1993-cü ildə təsis olunan TÜRKSOY-a Rusiyadan Altay, Tuva, Çuvaş, Başqırdıstan,Yakut və Tatarıstan da qatılmışdılar. Ancaq Rusiya Federasiyasi 2015-ci ildə aldığı qərarla bu bölgələrin TÜRKSOY-dakı fəaliyyətlərini dondurdu”.

TDT son illərdə yalnız ortaq dil, tarix və mədəniyyət əsasında əməkdaşlıq edən qurum olmaqdan çıxaraq iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal bağlantılar və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu regional platformaya çevrilir. Türkiyənin Mərkəzi Asiyada fəallığının artması, Azərbaycanın Orta Dəhlizdəki mövqeyi və türk dövlətləri arasında əlaqələrin genişlənməsi bu təşkilata beynəlxalq marağı artırır. Moskva isə postsovet məkanında baş verən dəyişikliklər fonunda Mərkəzi Asiya və Cənubi Qafqazdakı proseslərdən kənarda qalmaq istəmir.

Amma AKP-dən verilən açıqlamadan görünür ki, Türkiyə Rusiyanı Mərkəzi Asiyaya, Türk dünyasına yaxın buraxmaq istəmir...

Deputat Elşad Musayev hesab edir ki, Kürşad Zorlunun (AKP) bu mövqeyinin arxasında TDT-nin sıradan regional əməkdaşlıq platforması deyil, türk dövlətlərinin ortaq siyasi və strateji təşkilatı olması dayanır: "Zorlu isə Rusiyanın iştirakına tamamilə qarşı çıxmayıb. O, təşkilatın mövcud qaydalarını xatırladıb. AKP rəsmisi açıq deyib ki, müşahidəçi statusu almaq istəyən dövlət türk və ya qohum dillərdən birini ölkə miqyasında dövlət və ya rəsmi dil kimi qəbul etməlidir. Rusiyada isə ikinci rəsmi dil yoxdur. Rusiyada tatar, başqırd, sax və digər türk xalqlarının dilləri mövcud olsa da, onların heç biri bütün Rusiya Federasiyasının dövlət dili deyil. Buna görə də Rusiyanın indiki qaydalarla müşahidəçi olması mümkün deyil. Zorlunun mövqeyi Rusiyanın TDT ilə əməkdaşlığına deyil, onun təşkilata hansı hüquqi statusla daxil ola biləcəyinə aiddir".

Deputat qeyd edib ki, Rusiyanın üzvlüyü Avrasiya təsirinin genişlənməsinə gətirib çıxara bilər: "Türkiyə türk dövlətləri ilə Rusiya arasında daha mühüm diplomatik vasitəçiyə çevrilə bilər. Bizə gəldikdə, Azərbaycanın Rusiya, Mərkəzi Asiya və Türkiyə ilə ticarət və logistika əlaqələri üçün əlavə platforma yarana bilər. Sadəcə, TDT-nin əsas məqsədi türk dövlətlərinin öz aralarında əməkdaşlığını gücləndirməkdir. Rusiya bu prosesə həddindən artıq təsir göstərsə, təşkilatın ilkin məqsədi arxa plana keçə bilər. TDT daxilində Rusiyanın təsirinin artması bu balansı çətinləşdirə bilər. Təşkilatın qərarlarında Ankara və Bakının ortaq mövqeyinin qorunması vacibdir". /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri