Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

ABŞ da təyyarə qəzası: Qəza, yoxsa sabotaj?

ABŞ da təyyarə qəzası: Qəza, yoxsa sabotaj?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın paytaxtı Vaşinqtonda "American Airlines"a məxsus "Bombardier CRJ700" tipli sərnişin təyyarəsi Vaşinqton Ronald Reyqan Hava Limanına eniş edərkən havada hərbi "Sikorsky UH-60 Black Hawk" helikopteri ilə toqquşub.

Qaynarinfo xəbər verir ki, təyyarədə 64 sərnişin, helikopterdə isə 3 ABŞ hərbçisinin olduğu bildirilir. ABŞ prezidenti Donald Tramp hadisədə sağ qalanın olmadığını açıqlayıb. 

Qəza sonrası 300 nəfərlik xilasedici heyət təyyarə və helikopterin düşdüyü Potomak çayında axtarış işlərinə başlayıb. Federal Təhqiqat Bürosu (FTB) hadisənin terror hücumu olduğuna dair heç bir dəlil tapmadığını bəyan edib. Bununla belə, qəza baş verməzdən əvvəl helikopter pilotu ilə hava hərəkəti dispetçeri arasında rabitə olduğu müəyyən edilib.

Xəbərdarlığa baxmayaraq

Səs yazılarına əsasən, qəzadan 30 saniyə əvvəl dispetçer helikopter pilotuna yaxınlaşan təyyarəni görüb-görmədiyini soruşub. Təyyarə eniş etməzdən bir neçə dəqiqə əvvəl helikopterə daha bir radio çağırışı edildiyi və təyyarənin pilotunun da helikopter barədə məlumatlandırıldığı bildirilir. Lakin helikopter xəbərdarlığa baxmayaraq trayektoriyasını dəyişməyərək birbaşa təyyarəyə çırpılıb. Bu isə hadisənin sabotaj ola biləcəyi iddialarını gündəmə gətirib. Hadisə, 2009-cu ildə Nyu-Yorkda 50 nəfərin həyatını itirdiyi qəzadan sonra ABŞ-da kommersiya aviasiyasına aid ilk ölümcül qəza kimi qeydə alınıb.

İttihamlar səsləndirildi

ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı ilk açıqlamasında deyib: "Təyyarə hava limanına mükəmməl və adi eniş trayektoriyası üzrə yaxınlaşırdı. Helikopter isə uzun müddət ərzində birbaşa təyyarəyə tərəf irəlilədi. Hava açıq idi, təyyarənin işıqları parlayırdı. Bəs niyə helikopter trayektoriyasını dəyişmədi? Dispetçer təyyarəni görüb-görmədiklərini soruşmaq əvəzinə, niyə helikopterə nə etməli olduğunu demədi?"

Tramp hava hərəkəti dispetçerlərinin psixi sağlamlıq baxımından yetərli olmasının vacibliyini vurğulayaraq deyib: "Bəzi işlər üçün ən yüksək səviyyədə zəka tələb olunur".

"American Airlines" şirkətinin icraçı direktoru Robert Ayzom isə "Hazırda hərbi helikopterin sərnişin təyyarəsinin yoluna niyə girdiyini bilmirik" deyərək qəzada helikopterin məsuliyyət daşıya biləcəyini işarə edib. Hadisə ilə bağlı istintaq başladılıb.

Səhlənkarlıqmı var?

ABŞ ordusuna məxsus helikopterlər Vaşinqton ətrafında yerləşən məhdud hava məkanında mütəmadi olaraq təlim uçuşları həyata keçirir. Bəzi demokrat senatorlar may ayında hava limanına uzunməsafəli uçuşların əlavə edilməsi təklifinə qarşı çıxmışdı. Bu əlavə uçuşlar Konqres və o dönəmin prezidenti Co Bayden tərəfindən imzalanmış genişmiqyaslı aviasiya qanununa daxil edilmişdi.

Helikopter dispetçerin tezliyində deyildimi?

ABŞ-da təyyarə və helikopterin toqquşması ilə bağlı ekspertlər məsələni "Milliyet" qəzetinə dəyərləndirib. Təqaüddə olan kapitan pilot Eyüp Turşucu ABŞ prezidenti Donald Trampın helikopterin niyə təyyarəyə tərəf hərəkət etdiyinə dair radiosöhbətlərə əsaslanaraq verdiyi açıqlama barədə bunları deyib: 

"Yalnız radiosöhbətlərə əsaslanaraq, kiminsə günahkar olduğunu demək mümkün deyil. Hadisənin səbəbləri ilə bağlı qəza araşdırma komissiyasının ilkin hesabatını gözləmək lazımdır. Kamera görüntülərində helikopter gözləyir, təyyarə isə öz trayektoriyası üzrə eniş etməyə çalışır. Lakin səbəbini bilmədiyimiz halda, helikopter təyyarəyə çırpılır və çaya düşür. Dispetçer helikopterə arxadan keçməli olduğu barədə təlimat verib, amma bu nəyə görə icra olunmayıb, bilinmir".

Turşucu əlavə edib ki, hava nəqliyyatında TCAS adlı sistem mövcuddur. Bu sistem hava vasitələri bir-birinə yaxınlaşdıqda xəbərdarlıq edir və aralarındakı məsafənin qorunması üçün göstəriş verir: "Görəsən, bu sistem işləmədimi?"

"5 mil məsafəsinə daxil olmamalı idi"

Təqaüddə olan hava hərəkəti dispetçeri Zafer Yeşilgül isə hadisə ilə bağlı bunları deyib: 

"Burada əsas səhv 5 mil (təxminən 10 km) radiusuna daxil olan helikopter pilotuna aiddir. Dispetçer nə desə də, helikopter vizual uçuş həyata keçirdiyi üçün digər hava vasitələrindən çəkinməlidir. Dispetçer və yaxınlaşma nəzarəti iki ayrı hava hərəkəti idarəetmə qurumudur. 5 milə qədər məsuliyyət yaxınlaşma nəzarətinə, 5 mildən sonra isə uçuş qülləsinə aiddir. Lakin bu helikopter qüllənin tezliyində idi? Dispetçer soruşur, amma cavab yoxdur. Görünən odur ki, helikopter qüllənin tezliyində deyildi. Belə bir hava limanı sahəsinə helikopter buraxılmamalı idi. Hər hansı bir aletli eniş edən təyyarənin trayektoriyasına başqa bir hava vasitəsinin daxil olmaması tələb olunur. Qüllə beynəlxalq standartlara uyğun təlimat vermiş olsa da, verilən qərar qəzanın baş verməsində mühüm rol oynayıb".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri