Icma.az
close
up
RU
Professor Nazim Əfəndiyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Professor Nazim Əfəndiyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə professor Nazim Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransı və IV Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov Azərbaycan tibb elminin tarixində dərin və silinməz izlər qoymuş görkəmli alim, yüksəkixtisaslı oftalmoloq-cərrah professor Nazim Mirqasım oğlu Əfəndiyevin həyat və fəaliyyətindən, oftalmologiyanın inkişafındakı xidmətlərindən bəhs edib.

Bildirilib ki, bütün şərəfli ömrünü insanların gözlərinə işıq və nur bəxş etməyə həsr etmiş professor Nazim Əfəndiyev respublikamızda gözün mikrocərrahiyyəsi üsullarını ilk tətbiq edən novator cərrahlardandır. Onun elmi-tədqiqat işləri əsasən göz almasının müxtəlif patologiyaları zamanı şüşəvari cismin biokimyəvi, biofiziki və morfoloji xüsusiyyətlərinin öyrənilməsinə, eləcə də optik-rekonstruktiv mikrocərrahi əməliyyatların yeni üsullarının işlənib hazırlanmasına həsr olunub. Alim 150-yə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 3 ixtiranın və 20-dən çox metodik tövsiyənin müəllifidir. Onun rəhbərliyi ilə 13 namizədlik və 1 doktorluq dissertasiyası uğurla müdafiə edilib.

Diqqətə çatdırılıb ki, görkəmli alim respublikada traxoma xəstəliyinin kökünün tamamilə kəsilməsində, Respublika Oftalmoloji Lazer Mərkəzinin və müasir diaqnostik laboratoriyaların yaradılmasında müstəsna rol oynayıb. O, 25 il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu olub, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi ölkəmizi beynəlxalq miqyasda ləyaqətlə təmsil edib.

Çıxışda professorun oftalmologiyanın inkişafı ilə bağlı arzularının bu gün gerçəkləşdiyi də vurğulanıb. Bildirilib ki, bu gün Milli Oftalmologiya Mərkəzi professorun bir zamanlar xəyal etdiyi müasir binada fəaliyyət göstərir.

"Təəssüf ki, Nazim müəllimə bu binada çalışmaq nəsib olmadı. Lakin onun yetişdirdiyi mütəxəssislər bu gün həmin mərkəzdə fəaliyyətlərini davam etdirir, yaratdığı elmi məktəbin ənənələrini yaşadır və oftalmologiyanın inkişafına öz töhfələrini verirlər. Bu gün mərkəzin əldə etdiyi hər bir uğurda Nazim Əfəndiyevin zəhmətinin və zəngin irsinin izi var", - deyə Elmar Qasımov bildirib.

Professor Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransı və IV Forumu barədə də fikirlərini bölüşərək bildirib ki, tədbirin əsas məqsədi gənc oftalmoloqların elmi və peşəkar inkişafını dəstəkləmək, onların nəzəri biliklərini və praktik bacarıqlarını artırmaq, eləcə də oftalmologiya sahəsində müasir elmi nailiyyətlərin, innovativ texnologiyaların və yeni müalicə yanaşmalarının müzakirəsi üçün elmi platforma yaratmaqdır.

Konfrans və Forum gənc mütəxəssislərin elmi təcrübə mübadiləsi aparması, klinik təcrübə ilə elmi tədqiqatlar arasında əlaqələrin gücləndirilməsi, həmçinin oftalmologiyanın aktual problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər çıxış edənlər də professor Nazim Əfəndiyevin tibb elminə verdiyi töhfələrdən, yüksək insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Çıxış edənlər böyük alim, zəngin mənəviyyata və şair təbiətinə malik nəcib insan professor Nazim Əfəndiyevin xatirəsinin və zəngin elmi irsinin Azərbaycan oftalmologiya ictimaiyyətinin qəlbində daim yaşayacağını diqqətə çatdırıblar.

Tədbirdə, həmçinin Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsi və Gənc Oftalmoloqlar Konfransı və forumu barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransının rəsmi şüarının “Oftalmologiya və lazerlər” seçilməsi də təsadüfi deyil. Professor N.Əfəndiyevin peşəkar fəaliyyətinin ən məhsuldar dövrünə təsadüf edən 1980–1990-cı illərdə lazer texnologiyalarının oftalmologiyaya sürətlə daxil olması yeni diaqnostik və müalicə imkanlarının yaranmasına səbəb olub. Azərbaycanda gözün mikrocərrahiyyəsinin inkişafında və oftalmoloji lazer texnologiyalarının tətbiqində professor Nazim Əfəndiyevin xidmətləri bu tarixi prosesdə mühüm rol oynayıb.

Qeyd olunub ki, hər il Gənc Oftalmoloqlar Konfransında yeni ideya və təkliflər irəli sürülür. Bu il konfrans çərçivəsində ilk dəfə “Bir əməliyyat, iki baxış” adlı video-debat sessiyası təşkil olunacaq. Sessiyanın məqsədi gənc mütəxəssislərin klinik və cərrahi praktikada qarşılaşdıqları mürəkkəb halları fəal şəkildə müzakirə etmələri, müxtəlif yanaşmaları müqayisə etmələri və təcrübəli mütəxəssislərin rəy və tövsiyələrindən faydalanmalarıdır. Bu formatın gənc cərrahların klinik düşüncəsinin və praktik bacarıqlarının inkişafına mühüm töhfə verəcəyi bildirilib.

Artıq dördüncü dəfə təşkil olunan Azərbaycan Gənc Oftalmoloqlarının Forumunun yalnız müasir lazer texnologiyalarının müzakirə edildiyi elmi toplantı olmayacağı, həm də keçmişdən gələcəyə uzanan oftalmoloji ənənənin davamı olacağı vurğulanıb. Qeyd edilib ki, bu gün lazer texnologiyalarından süni intellektə, dəqiq diaqnostikadan minimal invaziv cərrahiyyəyə qədər oftalmologiyada yeni imkanlar yaranır. Bu imkanları gələcəyin uğurlarına çevirmək isə yeniliyə açıq, daim öyrənən və inkişaf edən gənc mütəxəssislərdən asılıdır.

Əminlik ifadə olunub ki, professor Nazim Əfəndiyevin oftalmologiyaya verdiyi töhfələrin ən layiqli davamı yeni nəslin elmi düşüncəsi, cərrahi bacarığı və yeniliklərə açıq baxışı olacaq.

Qeyd olunub ki, gələn il oktyabrın 29-da keçirilməsi nəzərdə tutulan Azərbaycan Gənc Oftalmoloqlarının XIX konfransı və V Forumu professor Qəmər Adıgözəlova-Polçayevanın xatirəsinə həsr olunacaq və "Göz xəstəlikləri və müasir farmakologiya" şüarı altında təşkil olunacaq.

Tədbir çərçivəsində “Professor Nazim Əfəndiyev adına cərrahi innovasiya medalı" da təqdim edilib. Həmçinin alimin həyat və fəaliyyətindən, o cümlədən Gənc Oftalmoloqların konfrans və forumlarından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbir elmi proqramla davam edir. Konfrans çərçivəsində oftalmologiyanın müxtəlif istiqamətlərini əhatə edən aktual elmi mövzular üzrə məruzələr təqdim olunacaq.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Tofiq Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri