Icma.az
close
up
RU
ABŞ da yaşayan azərbaycanlı rieltor: Nyu Yorkda 20 milyon dollarlıq mənzil adi sayılır MÜSAHİBƏ

ABŞ da yaşayan azərbaycanlı rieltor: Nyu Yorkda 20 milyon dollarlıq mənzil adi sayılır MÜSAHİBƏ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 27 oktyabr, AZƏRTAC

Uzun illər ABŞ-ın Virciniya və Merilənd ştatlarında, eləcə də paytaxt Vaşinqtonda rieltor kimi fəaliyyət göstərən, həmçinin diaspor işində fəallığı ilə seçilən azərbaycanlı daşınmaz əmlak mütəxəssisi Lalə Rəhim AZƏRTAC-a müsahibəsində peşəkar fəaliyyətindən, Amerikadakı təcrübəsindən və bu sahənin Azərbaycanda inkişafı ilə bağlı arzularından danışıb.

– Özünüz haqqında məlumat verməyinizi istərdim. Necə oldu ki, ABŞ-a köçdünüz?

– Mən Bakıda doğulmuşam və orada böyümüşəm. 151 nömrəli məktəbi bitirmişəm, daha sonra isə o dövrdəki Qərb Universitetinin Politologiya fakültəsinə daxil olmuşam. Təhsil ingilis və rus dillərində idi, buna görə də ABŞ-a köçəndə ingilis dili ilə bağlı ciddi çətinlik yaşamadım. Yazmaq və oxumaqda problemim yox idi, amma danışmaq bir qədər çətin idi. Buraya gələndə elə bilirsən ki, dili bilirsən, amma ilk vaxtlar heç nə anlamırsan.

Yeni ailə həyatı qurmuşduq və həyat yoldaşımla ABŞ-a köçmək qərarına gəldik. İlk olaraq Nyu-Yorkun Bruklin bölgəsinə yerləşdik. Burada bir qohumumuz yaşayırdı. Altı aydan sonra Vaşinqtona köçdük. Daha sonra Corc Meyson Universitetinə daxil oldum və dövlət administrasiyası üzrə iki il magistr təhsili aldım.

İlk vaxtlar iş tapmaq çox çətin idi. Gündə on yerə tərcümeyi-hal göndərirdim. Rəqəm yüzə çatanda və cavab gəlməyəndə başa düşdüm ki, burada sistem başqa cür işləyir. Düşünürdüm ki, magistraturanı bitirdikdən sonra bütün qapılar üzümə açılacaq, amma bir tanışım dedi ki, Amerikada əsas təcrübədir. Təcrübə olmayanda sənə heç kim baxmır. Daha sonra bir qeyri-kommersiya təşkilatında iş tapdım. Gəlir az idi, iş yeri uzaqda idi, amma dözdüm. Amerika cəmiyyəti belə işləyir. Hər şeyə “yox” deməməyi bacarmaq lazımdır.

Həyat mənim üçün qatarlara bənzəyir. Bu qatarlar fürsətlərdir və onlar daim yanımızdan keçir. Minmək və ya buraxmaq özündən asılıdır. İki oğlum böyüyür, biri 19, digəri 17 yaşındadır. Onlara da deyirəm ki, ən gözəl qatarı gözləməyin, fürsət gələndə minin, bəlkə, sizi daha yaxşı yerə aparar.

– Rieltor işinə necə başladınız?

– Əslində, bu barədə heç vaxt fikirləşməmişdim. Bu, əvvəlcədən planlaşdırdığım sahə deyildi. Magistraturanı bitirib qeyri-kommersiya təşkilatında işlədikdən sonra başa düşdüm ki, bu sektor mənlik deyil. Maaş az idi, perspektiv də görmürdüm. Daha sonra dövlət kontraktlarının idarə olunması sahəsində iş tapdım və bu sahə xoşuma gəldi. Təxminən səkkiz-doqquz il ərzində üç-dörd şirkət dəyişdim, sonuncu vəzifəm kontrakt meneceri idi. Hətta düşünürdüm ki, növbəti məqsədim vitse-prezidentlik olacaq.

Amma paralel olaraq həyat yoldaşım daşınmaz əmlakla maraqlanırdı, rieltor kimi yox, investisiya məqsədilə. Əvvəlcə bunu hobbi kimi qəbul edirdik. Hər şey mənə hədiyyə olunan Robert Kiyosakinin “Rich Dad, Poor Dad” (“Varlı ata, kasıb ata”) kitabı ilə başladı. Kitabı oxuyandan sonra düşüncəm dəyişdi. Anladım ki, başqası üçün işləyərək onun uğuru üçün çalışırıq, amma nəticədə sadəcə “çox sağ ol” eşidirik. Bu kitab mənə həyatın başqa tərəfini göstərdi.

Kitab əsasən daşınmaz əmlak investisiyalarından bəhs edirdi. Biz də bu sahəyə yönəldik. Əvvəlcə bizi başqa rieltorlar təmsil edirdi, amma onların iş tərzi xoşuma gəlmədi. Biz xidmət haqqı ödəyirdik, amma onlar daha çox qarşı tərəfin maraqlarını qoruyurdu. Buna görə qərara aldım ki, özüm öyrənim, lisenziya alım və prosesi idarə edim. Qısa müddətdə rieltor lisenziyasını aldım, investisiya proseslərimizi özüm aparmağa başladım və gördüm ki, bu iş mənlikdir.

Dost-tanış bildi ki, məndə lisenziya var və müraciət etməyə başladılar. Bir nöqtədə seçim qarşısında qaldım: ya korporativ işimdə qalmalı idim, ya da tamamilə özüm üçün işləməliydim. Yenə o kitab yadıma düşdü. Orada deyilirdi ki, “çətin olsa da, düzgün olanı seç”. Mən də elə etdim. Hər ikimiz korporativ işlərimizi buraxdıq və tam şəkildə öz işimizi qurduq.

– Sizə investisiya müraciətləri hansı şəkildə olur?

– İnvestisiya müraciətləri əsasən alqı-satqı ilə bağlı olur, amma şəxsi yaşayış üçün yox, kommersiya məqsədli obyektlərlə əlaqəlidir. Müştərilərim arasında elələri var ki, sadəcə investisiya məqsədilə əmlak alırlar. Onlar başqa ölkələrin vətəndaşları ola bilərlər, amma məni tanıdıqları üçün milyonlarla dolları etibar edirlər. Elə investisiyalar var ki, illik gəlirliliyi 6–8 faiz təşkil edir.

Mən həm də bu mülklərin idarəçiliyini həyata keçirirəm. Kirayəçilərin seçimi, ödənişlər və digər məsələlər. Müştərilərlə rəsmi müqavilə bağlayıram. Bu, məsuliyyətli, amma mənim üçün maraqlı sahədir.

– Bu sahədə öz şirkətiniz varmı?

– Mən “Fairfax Realty Brokerage” brendi altında realtor kimi çalışıram. ABŞ-da əgər broker olmaq istəmirsənsə, mütləq broker lisenziyası olan birinin tərkibində işləməlisən. Bizim şirkətdə təxminən 300 realtor var və mən illərdir ən yaxşı 10 realtor arasında yer alıram.

– Müştəriləriniz kimlər olur?

– Müştərilərim müxtəlif millətlərdəndir. İngilis, rus və Azərbaycan dillərində danışıram, bu da üstünlükdür. Amma müştərilərimin böyük hissəsi azərbaycanlılardır. Son 5–6 ildə azərbaycanlı müştərilərin sayı xeyli artıb.

Təxminən 25 il əvvəl Ferfaks əyalətinə köçəndə burada 6–7 azərbaycanlı ailə yaşayırdı. İndi isə sayları çoxalıb, artıq dəqiq saymaq olmur.

- Burada icma üzvü olaraq nə kimi fəaliyyətiniz var?

– Mən Amerika Azərbaycan Qadınları Təşkilatının qurucusuyam. Əvvəllər ildə 4–5 tədbir keçirirdik. Uşaqlarımızın Azərbaycan adət-ənənələrini tanımaları üçün çalışırdıq. Novruz bayramında milli geyimlərdə çıxışlar, milli musiqilər olurdu. O dövrdə şəkərbura və paxlava tapmaq çətin idi, amma biz bayram süfrələrini təşkil edirdik.

Sonralar belə tədbirlər səfirlik və icmalar tərəfindən də keçirilirdi. İndi təşkilatımız əsasən qadınlar arasında əlaqələrin qurulması və yeni gələnlərə dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərir. Həmçinin Azərbaycan mədəniyyətinin tanıdılması da məqsədlərimizdəndir.

– Gələcək planlarınız nədən ibarətdir?

– Hazırda məqsədim daşınmaz əmlak sahəsində öz komandamı yaratmaqdır. “Baş agent” anlayışı var, yəni sənin yanında yeni başlayan realtorlar yetişirlər. Mən də bir neçə yeni agentlə danışıram, biri artıq komandama qoşulub.

Bu illər ərzində təxminən 40–45 azərbaycanlı ailə ilə ev alqı-satqısı etmişəm, 20–25 ailə ilə isə kirayə məsələlərində işləmişəm. Son illərdə Azərbaycandan gələn 5–6 ailə ilə də çalışıram. Əvvəlcə yalnız Vaşinqton üzrə lisenziyam vardı, sonra Virciniya lisenziyasını da aldım. Hər iki ildən bir 16 saatlıq təlim keçərək lisenziyanı yeniləmək lazımdır.

– Amerikada daşınmaz əmlak sahəsi Azərbaycandakından nə ilə fərqlənir?

– Çox fərqlidir. Azərbaycanda bəzən özünü rieltor adlandıran insanlar var, amma bu, peşəkar əsas tələb etmir. ABŞ-da rieltor olmaq üçün mütləq Rieltorların Milli Assosiasiyasının (National Association of Realtors) üzvü olmalısan. Bu Assosiasiya agentlərin hüquqlarını qoruyur. Azərbaycanda belə bir sistem yoxdur və bu, əsas fərqdir.

Mən çox istərdim ki, Azərbaycanda bu sahənin inkişafına dəstək verim. Hətta bir neçə şirkətə konsultant kimi əməkdaşlıq təklifi etmişəm. Keçən il Assosiasiya ilə danışmışdım, onlar da bu təşəbbüsə müsbət yanaşdılar. Gürcüstan, Moldova, Ukrayna və Türkiyədə bu sahə yüksək səviyyəyə çatıb, amma Azərbaycanda hələ formalaşmayıb. Mən bu istiqamətdə kömək etməyə hazıram.

– İndiyə qədər ən baha aldığınız mülk hansı olub?

– Vaşinqtonda 2,5 milyon dollarlıq bir mülk almışıq. Bizdə qiymətlər adətən bu səviyyədə olur. Amma Maklin şəhərində 18 milyon dollara satılan bir villa haqqında oxumuşdum. Son üç ildə bu, rekord sayılırdı.

Ümumiyyətlə, Vaşinqton və Maklin bahalı bölgələrdir. Nyu-Yorkda isə 20 milyon dollarlıq mənzil adi sayılır. Manhetten unikal ərazidir, yer azdır, binalar hündürdür, buna görə də qiymətlər daim artır. Mən həmişə deyirəm: kim Nyu-Yorka gedib qayıdırsa, düşünməsin ki, Amerikada olub. Nyu-York Amerika deyil.

– Bəs ev almaq üçün hansı dövr daha əlverişlidir?

– ABŞ-da daşınmaz əmlak bazarı daim qalxıb-enir. Sabit formula yoxdur. Adətən 7–9 il artım, sonra 1–2 il enmə müşahidə olunur. 2008-ci ildəki ipoteka böhranı və COVID-19 dövrü bu baxımdan ən mühüm hadisələr idi.

Pandemiya zamanı faizlərin 2–2,5 faizə endirilməsi bazarı canlandırdı. İnsanlar kütləvi şəkildə ev almağa başladılar, nəticədə qiymətlər kəskin qalxdı. Hətta bir evə 8–10 alıcı çıxırdı. Bu, satıcılar üçün çox əlverişli dövr idi.

Sonradan dövlət inflyasiyanı cilovlamaq üçün faizləri 7–7,5 faizə qaldırdı. İndi isə son 6–7 ayda bazar nisbətən sabitləşib və yenidən ev almaq üçün münasib vaxtdır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri