Icma.az
close
up
RU
FIA mübahisəli F1 mühərrik hiyləsi ilə bağlı həll yolu axtarır

FIA mübahisəli F1 mühərrik hiyləsi ilə bağlı həll yolu axtarır

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” mövsümü başlamazdan əvvəl mübahisəli mühərrik texnologiyası ilə bağlı yaranan müzakirələrə qəti və birmənalı son qoymaq üçün “qara-ağ” həll üzərində işləyir.

İdman.Biz “RacingNews”a istinadla xəbər verir ki, qış fasiləsində yayılan məlumatlara görə bəzi güc qurğusu istehsalçıları, xüsusilə “Mercedes High Performance Powertrains” və “Red Bull Powertrains” texniki reqlamentlərdə nəzərdə tutulan 16:1 sıxılma nisbətini aşaraq 18:1 səviyyəsində işləməyə imkan verən mexanizm hazırlayıblar.

Bu iddialara görə, sıxılma nisbəti pit-leyndə (yarış zamanı bolidlərin xidmət aldığı zona), ətraf mühit temperaturunda ölçülür. Tras üzərində isə bu göstəricini real vaxtda ölçmək üçün texnologiya mövcud deyil. Temperaturun artması ilə genişlənən metallardan istifadə olunacağı təqdirdə, faktiki olaraq 16:1 həddindən yuxarı sıxılma nisbətinə çıxmaq mümkün ola bilər. Hesablamalara əsasən, Avstraliyanın Albert Park trasında bu üstünlük hər dövrə üçün təxminən 0,3 saniyə, 58 dövrəlik yarış məsafəsində isə 17,4 saniyə qazanc deməkdir.

Yanvarın 22-də FIA ilə mühərrik istehsalçıları arasında keçirilən görüşdə əsas mövzu sıxılma nisbətinin yüksək temperatur şəraitində necə ölçülməli olması ilə bağlı metodologiya olub. FIA-nın təkoturacaqlı avtomobillər üzrə texniki direktoru Nikolas Tombazis bildirib ki, bu görüş “zirvə toplantısı” olmayıb və hər hansı böyük qərar qəbul edilməsi məqsədi daşımayıb.

Tombazisin sözlərinə görə, görüş sırf texniki xarakter daşıyıb və iştirakçılar məsələni fikir mübadiləsi yox, mühəndislik problemi kimi müzakirə ediblər. O vurğulayıb ki, FIA mövsümün startında komandaların qaydaları fərqli şəkildə şərh etdiyi bir vəziyyətin yaranmasını qətiyyən istəmir.

Sıxılma nisbəti ilə bağlı iddia edilən texnologiyanın “boşluq” (loophole) olub-olmaması barədə suala cavab verən Tombazis bildirib ki, bu anlayışın özü mübahisəlidir. Onun sözlərinə görə, hazırda konkret qayda pozuntusundan danışmaq tezdir və əsas məqsəd ilk yarışdan əvvəl məsələni tam aydın və mübahisəsiz şəkildə bağlamaqdır.

Eyni zamanda, Avstraliya Qran-prisinə qədər həll tapılmasa, komandaların etiraz müraciəti etməsi ehtimalı da qalır. Tombazis qeyd edib ki, FIA aydınlıq yaratmağa çalışsa da, hər hansı komandanın etiraz edib-etməməsi qurumun səlahiyyətinə daxil deyil. Məqsəd isə elə bir şəffaflıq təmin etməkdir ki, etiraza ehtiyac qalmasın.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Yanvar 2026 06:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri