Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

ABŞ dan Zəngəzurla bağlı KRİTİK AÇIQLAMA: Bakı hazırlığa başladı

ABŞ dan Zəngəzurla bağlı KRİTİK AÇIQLAMA: Bakı hazırlığa başladı

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı Vaşinqtonun mövqeyini ilk dəfə rəsmi şəkildə açıqlayıb. Səfirin sözlərinə görə, dəhlizin inşasında “nüfuzlu bir özəl Amerika şirkəti”nin zəmanətçi qismində iştirakı nəzərdə tutulur. 

Tom Barak bildirib ki, bu təşəbbüs Türkiyə tərəfindən irəli sürülüb və ABŞ bu təklifi qəbul edib. Lakin Ermənistan tərəfi həmin şirkətin yalnız Zəngəzur ərazisində deyil, yolun Naxçıvandan keçən hissəsində də fəaliyyət göstərməsində israr edib. Bu isə Azərbaycanın sərt reaksiyasına səbəb olub. Bakı bunu Naxçıvan üzərində qəbuledilməz xarici müdaxilə kimi qiymətləndirib. 

“Onlar cəmi 32 kilometrlik yol üstündə mübahisə edirlər, amma bu, kiçik məsələ deyil. Artıq on ildir bu məsələ həll olunmur — söhbət 32 kilometrlik yoldan gedir,” – deyə səfir Nyu-Yorkda keçirilən brifinqdə bildirib.

Maraqlıdır, ABŞ səfirinin Zəngəzur dəhlizi ilə bağlı bu açıqlaması bölgədə geosiyasi dinamikanı dəyişə bilərmi?

Məsələni News24.az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, son beynəlxalq təmaslar, o cümlədən Əbu-Dabidə keçirilən görüş zamanı dəhlizlə bağlı müəyyən razılaşmaların ilkin tezisləri müzakirə olunmuş ola bilər:

"Ermənistan tərəfi müxtəlif səviyyələrdə bu layihəyə qarşı çıxışlar edir. Ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərində bir neçə mühüm məsələ var ki, onlardan biri də Zəngəzur dəhlizidir. Bu münaqişə ilk olaraq məhz Zəngəzurdan başlayıb. Həmin dövrdə etnik təmizləmə məhz bu əraziləri əhatə edib və nəticədə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında quru əlaqəsi kəsilib. Bu baxımdan Zəngəzur məsələsi münaqişənin həllində həlledici komponentlərdən biridir”.

Diplomatın sözlərinə görə, 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinə xüsusi diqqət ayrılmış və burada dəhlizin təhlükəsizliyinə Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulmuşdu. Lakin bu maddə bu günədək icra edilməyib:

“Çoxları düşünür ki, Ermənistan bu müddəanı yerinə yetirmək istəmədi. Ancaq mənə görə, burada əsas səbəb Rusiyanın maraqlarından qaynaqlanır. Moskva nəzarəti həyata keçirmək imkanına malik olsa da, bu prosesi ləngitdi və reallaşdırmadı".

Zülfüqarov bildirir ki, hazırda Zəngəzur dəhlizinin açılması qarşısında duran əsas maneələr Rusiya və İranın geosiyasi maraqlarıdır. Onun fikrincə, Ermənistanın bu layihəyə münasibəti daxili siyasi proseslərdən asılı olacaq:

“İrəvanın qərarı o şərtdən asılıdır ki, onlar ölkədəki Rusiyapərəst qüvvələrə qarşı duruş gətirə biləcəklərmi, yoxsa yox. Bu məsələ sadəcə Ermənistanın iradəsindən deyil, həm də regionda geosiyasi çəkisi olan oyunçuların mövqeyindən asılıdır.”

Zülfüqarov Azərbaycanın bu prosesdə aparıcı rolda olduğunu da vurğulayıb:

“Azərbaycan həm regional, həm də beynəlxalq danışıqlarda təşəbbüskar və təsirli tərəf kimi çıxış edir. Bu səbəbdən də Zəngəzur dəhlizinin taleyi, yalnız diplomatik çəkişmələrlə deyil, Azərbaycanın siyasi iradəsi və mövqeyi ilə də müəyyən olunacaq”.

Aqil Qarayev

News24.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri