Icma.az
close
up
RU
Analitik: SDQ nin Öcalana məhəl qoymaması...

Analitik: SDQ nin Öcalana məhəl qoymaması...

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tural İrfan: Öcalanın bəyanatı Qərb və region kəşfiyyatlarının təsirini ifşa edir

Abdullah Öcalan rəhbərlik etdiyi PKK-nın özünüləğv və tərksilah qərarının SDQ (Suriya Demokratik Qüvvələri) də daxil olmaqla bütün elementləri əhatə etdiyini bildirib. O vurğulayıb ki, SDQ martda Dəməşqlə imzaladığı razılaşmaya uyğun olaraq Suriya ordusuna inteqrasiya etməli, istənilən muxtar quruluş və ya federasiya mənasına gələcək strukturun yaradılmasına qarşı olmalıdır. Öcalan həmçinin SDQ-yə “Qərb, İran və İsraildəki dairələrlə əlaqələri kəsin, üzünüzü Ankaraya çevirin, Dəməşqlə inteqrasiyanı təmin edin” çağırışı edib.

Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında qeyd edib ki, PKK terror təşkilatının buraxılması ilə bağlı yaranan tələblərin icrası çərçivəsində digər məsələlər də həllini tapmalıdır: 

"Bəzi Qərb dairələrinin, həmçinin İsrail və İranın müxtəlif maraqları, eləcə də regionda bu təşkilatın vasitəsilə əvvəllər həyata keçirilmiş təxribat planları ifşa edilir. Öcalanın son bəyanatı da məhz bu məsələlərə aiddir. İddialara görə, İsrail və İran vaxtilə PKK-nın Suriya qolu olan YPG-dən istifadə edib və indi keçmiş üzvlərdən ibarət yeni bir qurum yaratmaq niyyətindədirlər. Öcalan anlayır ki, Suriyada muxtar qurum yaradılması planı kürd maraqlarına deyil, xarici qüvvələrin regiondakı geosiyasi maraqlarına xidmət edir. Onun açıqlamasında təşkilatın Qərb ölkələrinin və digər kəşfiyyat qurumlarının təsiri altında olduğuna işarə edilir. Şübhəsiz ki, bölgədə, xüsusilə də Suriyada sabitliyin və suverenliyin bərpası üçün SDQ-nin (Suriya Demokratik Qüvvələri) silahı yerə qoyması və Ankara-Dəməşq əleyhinə planların bir hissəsinə çevrilməməsi vacibdir. Xarici təsirlərə meyilli qruplara ünvanlanan bu çağırışla Öcalan, zərurət yaranarsa, hərbi müdaxilənin də istisna olunmadığı mesajını verir".

Ekspert bildirib ki, əgər Suriyadakı SDQ Öcalanın bu çağırışına məhəl qoymasa, növbəti açıqlamalarda Türkiyənin dəstəyi ilə Suriya Silahlı Qüvvələrinin mümkün hərbi müdaxiləsinə çağırışın şahidi olmaq mümkündür:

"Bu halda belə nəticə çıxarılacaq ki, SDQ Öcalanın danışıqlar nəticəsində ortaya çıxan şərtlərinə tabe olmur və prosesə mane olur. Belə bir vəziyyət isə artıq buraxılması nəzərdə tutulan PKK-nın maraqları baxımından qəbuledilməz sayılacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri