Icma.az
close
up
RU
Ramiz Mehdiyev işi : son hadisələr nədən xəbər verir?

Ramiz Mehdiyev işi : son hadisələr nədən xəbər verir?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AXCP sədri Əli Kərimlinin evində axtarış aparılması haqda məlumat dünən yerli və beynəlxalq informasiya agentliklərinin və informasiya portallarının xəbər lentlərində yayıldı. Eyni vaxtda sosial şəbəkə platformalarında Əli Kərimlinin, eləcə də, bir sıra partiya funksionerlərinin şübhəli şəxs qismində saxlandığı haqda paylaşımlar var.

Bundan başqa "Demokratik Qüvvələrin Milli Şurası" adlandırılan təşkilatın rəhbərliyindən də bəzi şəxslərin istintaqa cəlb olunacağı haqda proqnozlar verildi.

Hələlik bu barədə heç bir rəsmi məlumat verilməyib. Bununla belə informasiya kanalları ilə yayılan məlumatlara görə, Əli Kərimli "Ramiz Mehdiyev işi" ilə əlaqədar istintaq araşdırmalarına cəlb edilib.

Məlum olduğu kimi, 45 gün bundan əvvəl elə eyni kanallarla - informasiya agentliklərinin xəbər lentlərində yayılmış məlumatlsra görə, Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunub və barəsində ev dustaqlığı qətiimkan tədbiri seçilib.

Bir müddət sonra Ramiz Mehdihevin Rusiya Federasiyasının yüksək dövlət strukturlarına yazdığı məktub da mediada yayıldı. Həmin məktubda göstərilirdi ki, Ramiz Mehdiyev ölkədə guya hakimiyyət boşluğu yaradıldığını iddia edir, 50 nəfərlik Dövlət Şurası yaratmaq, respublikada bütün ali dövlət hakimiyyətini bu Dövlət Şurasında cəmləşdirmək təklifini irəli sürürdü

Təbii ki, bu antikonstitusion şuranın da başında özünün olması şərtilə bu layihəyə Rusiya hakimiyyətindən dəstək istəyirdi.

O zaman da mediada əsas araşdırılan suallar bunlar idi: Ramiz Mehdiyev bu cür dövlət çevrilişi planını kimlərlə birlikdə qurub, kimlərlə birlikdə həyata keçirmək istəyirmiş? Onun təklif etdiyi antikonstitusion "Dövlət Şurası"nın tərkibində kimlərin olmasını uyğun görürmüş?

Bu sualla bağlı bir neçə keçmiş dövlət məmurunun adları çəkilirdi. Bunların arasında keşmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun, keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun və başqalarının adları var idi. Ancaq eyni zamanda sosial şəbəkələrdə Əli Kərimlinin və başqa müxalifət təmsilçilərinin də bu siyahıda olduğuna eyhamlar vurulurdu. Həmin müxalifət düşərgəsinin özündə də bunu ehtimal etmişdilər. Hətta "Milli Şura" sədri Cəmil Həsənli bugünkü paylaşımında yazıb ki, o, Ramiz Mehdiyevlə bağlı cinayət işinin Əli Kərimliyə qədər gəlib çıxacağını elə Əli Kərimlinin özünə də deyibmiş.

Əslində Əli Kərimli özü də həbs olunacağını heç vaxt istisna etməyib; buna əmin olmaq üçün onun müsahibələrinə, çıxışlarına baxmaq kifayətdir. Düzdür, o, bunu hakimiyyətə qarşı daha sərt müxalifətçi olması ilə, prezident İlham Əliyevi başqalarından daha çox tənqid etməsi ilə izah edirdi. Eyni şeyi Cəmil Həsənli, Gültəkin Hacıbəyli və başqa müxalif siyasətçilər də deyirdilər. Görünür, bu, təkcə sərt müxalifətçiliklə bağlı deyilmiş, həm də 2013-cü il prezident seçkiləri ilə əlaqəli ola bilərmiş. Daha doğrusu, seçki ərəfəsindəki siyasi manevrlərlə.

O zaman bu hadisələrin içində olmuş və təqdimata ehtiyacı olmayan Rauf Arifoğlunun dedikləri doğru isə, deməli, doğrudan da, 2013-cü ildə seçkilərlə, yaxud seçkisonrası təzyiqlərlə İham Əliyevi hakimiyyətdən kənarlaşdırmaq planı olub. Şübhəsiz ki, müxalifətin hakimiyyətə gəlmək niyyətində olması, buna görə seçkilərə qatılması, siyasi rəqibinə qalib gəlib, onu dövlət idarəçiliyindən uzaqlaşdırması təbii, qanunauyğun istəklərdir. Burada qeyri-adi heç nə yoxdur. Ancaq bu məqsədlərə antikonstotusion yollarla, dövlət hakimiyyətini zorla ələ almaq üsulu ilə cəhd göstərmək artıq siyasət deyil, bildiyiniz cinayətdir. Belə bir cinayət, doğrudan da, baş verib, ya yox, Əli Kərimli və onun rəhbərlik etdiyi partiya, eləcə də, "Milli Şura" bu əməllərdə iştirak edibmi, etməyibmi, bunu, təbii ki, istintaq araşdırmaları ortaya çıxaracaq. Ancaq Rauf Arifoğlunun: "Milli Şura" "xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi" deməsi onun bu istintaq araşdırmalarına şahid kimi cəlb oluna biləcəyini düşünməyə əsas verir.

Rauf Arifoğlu bu gün azloqos.eu saytına müsahibəsində 2013-cü il seçkiləri ərəfəsində gedən prosesləri belə şərh edib: "Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri (baş nazirin keçmiş birinci müavini - red.) Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu".

Bu müsahibənin tam mətnini oxuyandan sonra belə qənaətə gəlmək olar ki, Əli Kərimli barəsindəki cinayət işində artıq bir şahid indidən hazırdır.

Düzdür, rəsmi olaraq, belə bir keysin olduğu bildirilməyib. Ancaq

sosial mediada Əli Kərimlinin öz tərəfdarlarının paylaşımlarında bildirilir ki, onun barəsində Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə cinayət işi açılıb. Bu maddə dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş əməlləri cəzalandırır.

"Ramiz Mehdiyev işi" üzrə həbs olunmuş, eləcə də, bundan sonra həbs olunacaq adamlar barəsində irəli sürülən ittihamlar sübuta yetirilərsə, həmin şəxsləri nəinki uzunmüddətli, hətta ömürlük məhkumkuq gözləyir. Eyni zamanda bu cür ağır dövləti cinayətlərə görə məhkum edilən şəxslərin siyasi fəaliyyətinə məhkəmə qaydasında məhdudiyyət də qoyula bilər. Çünki Ramiz Mehdiyevin Rusiya hakimiyyətinin köməyi ilə qanuni hakimiyyət orqanlarını devirmək və hakimiyyəti ələ keçirmək planında onunla bərabər iştirak etmiş şəxslər varsa, istər Mehdiyevə qarşı, istər onunla birlikdə olduğu güman edilən başqa şəxslərə qarşı ittihamlar doğrudursa, bu, artıq dövlətə xəyanətdir. Bu maddələr üzrə məhkum olunmaq siyasi fəaliyyətdən ən yaxşı halda uzun müddət, əslində isə tamamilə məhrum edilmək deməkdir. Bu da həmin siyasətçilərin hakimiyyətə gəlmək perspektivlərinin üstündən qalın və qara bir xətt çəkir.

Qısa haşiyə çıxaraq xatırladım ki, Əli İnsanov da bir zaman nazir postu ilə kifayətlənməyib, dövlət çevrilişinə cəhddə iştirak etmişdi, İlham Əliyevi hakimiyyətdən kənarlaşdırmaq planları qurmuşdu. Ancaq nəinki prezidenti hakimiyyətdın uzaqlaşdırmağa nail oldu, özü vəzifədən uzaqlaşdırıldı və həbsxanaya göndərildi. Adam pis-yaxşı həkim idi, ancaq "xəstə" iddialara düşdü və... həbsə düşdü. Ordan çıxanda isə artıq 74 yaşı vardı və Azərbaycan siyasi Olimpindəki yerini də, siyasi cazibəsini də çoxdan itirmişdi. Qoca, hətta ahıl yaşlarda belə yanlış yola sapanlar bu işin sonrasını da düşünməli deyillərmi?! Nəinki ömürlük, uzun müddətli, hətta qısamüddətli həbslər də siyasətdən gedişi şərtləndirir. Qubad İbadoğlu ilə də bu, baş verdi. Daha əvvəllər də bu cür hallar olub; çox misal çəkə bilərəm. Beynəlxalq dəstəyin əhəmiyyəti də bəzən həddindən çox şişirdilir, xüsusilə o, reallıqda yoxdursa, ya da yox dərəcəsindədirsə, əslində bir siyasi ilğımdırsa, faciəli şəkildə aldadıcıdır. Dövlətlərin milli yurisdiksiyası çərçivəsində aparılan hüquqi prosedurları durdurmaq iqtidarında deyil. Üstəlik həmin dəstək, sadəcə, görüntüdürsə.

Əlbəttə, həmin hüquqi prosedurların, bütövlükdə proseslərin necə inkişaf edəcəyini, araşdırmaların necə nəticə verəcəyini indidən proqnozlaşdırmaq istəməzdim; bütün bunlar istintaqın sonunda cəmiyyətə açıqlanacaq. Ancaq mən Milli Məclisin komitə sədri Fazil Mustafanın Əli Kərimlinin həbsi ilə bağlı paylaşımındakı bəzi fikirləri diqqətə çatdırmaq istərdim.

O yazır: "Siyasi fəaliyyətlə məşğul olanların həbs olunmasını qətiyyən istəməzdim. Çünki bu sıxıntıları özümüz də vaxilə yaşadığımızdan, hər zaman cəmiyyətdə siyasi münasibətlərin və rəqabətin mədəni səviyyədə aparılmasını arzulamışam. Lakin düşünürəm ki, hakimiyyət orqanlarının əlində yetərli səviyyədə əsaslar olmasaydı, ...bu cür sərt addımlar atılmazdı. Hər halda istintaq orqanları bu cinayət işini hərtərəfli araşdırdıqdan sonra daha aydın mənzərə üzə çıxacaqdır".

Bəli, biz istintaqın əlində hansı əsasların olduğunu bilmirik, bilməyimiz də mümkünsüzdür. Adı üstündədir: istintaq. Bu, məxfi aparılan bir hüquqi prosedurdur. Hər şey sonda məhkəmədə tam olaraq bilinəcək. Amcaq istənilən halda Azərbaycanın milli-azadlıq, müstəqillik hərəkatı ilə assosiasiya olunan "Xalq Cəbhəsi" adının Ramiz Mehdiyevlə, Rusiya ilə, dövlət hakimiyyətini zorla ələ keçirmək və sair bu kimi odioz adlarla, mənfur məfhumlarla bir sırada hallanması keşmiş hərəkatçı kimi məni çox sarsıtdı. Nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək, nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmaq - bunlar siyasətlə cinayətin sərhədlərinin çox şəffaflaşdığı, hətta bu anlayışların çulğaşdığı bir yerdir. Bir ehtiyatsız, yaxud bircə yanlış addım fəlakətli nəticələrə səbəb olur. Bu əməllərin qarşısı alınmayanda təkcə siyasətçinin özü üçün yox, bütövlükdə ölkə üçün ağır nəticələr verir. Qanuna görə, hüquq-mühafizə və dövlət təhlükəsizliyi orqanları siyasətə qarışmır. Qarışmamalıdır. Ancaq siyasətin cinayətə keçdiyi nöqtədə mütləq bu orqanlar işə qarışır. Ramiz Mehdiyevlə bağlı proses bunun bir örnəyidir. Söhbət, doğrudan da, müxalifətçilərin düşündüyü Azərbaycan dövlət sistemində, siyasi sistemində paralel strukturlaşmanı aradan qaldırmaqdan gedirsə, əlbəttə, burda deməyə başqa söz qalmır, istintaqın sonunu gözləmək lazım gəlir.

P.S. Doğrusu, i2013-cü ildə siyasətdə olmasam da, gedən proseslərdə iştirak etməsəm də, jurnalist kimi izləmişəm və həm də öz vətəndaş mövqeyimi, mənfi münasibətimi ifadə etmişəm. Bu gün də o fikir təsdiqini tapır: nəinki Rusiyadan, ümumiyyətlə, kənardan sırınan hər hansı siyasi layihə qəbuledilməzdir və məhvə məhkumdur. Çünki Azərbaycan bir oturuşmuş dövlətdir, "banan respublikası" deyil...

Bahəddin Həzi,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see196

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see188

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see186

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see186

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see180

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see179

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see176

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see173

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see172

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see165

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see163

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see162

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see158

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see155

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see155

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see154

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see154

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see152

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see151

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri