Icma.az
close
up
RU
ABŞ daxilində parçalanma müşahidə olunur

ABŞ daxilində parçalanma müşahidə olunur

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"ABŞ-də baş verən iğtişaşların əsas səbəbi Prezident Donald Trampın verdiyi qərarların ənənəvi ABŞ hakimiyyət strukturları ilə uzlaşmamasıdır. Hazırkı vəziyyətə nəzər yetirdikdə, istər Ukrayna müharibəsi, istər etnik azlıqlara münasibət, istərsə də Rusiya ilə bağlı siyasətdə ABŞ daxilində parçalanma müşahidə olunur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev ABŞ-də baş verən iğtişaşları şərh edərkən bildirdi.

Onun sözlərinə görə, sol liberal qanad, xüsusilə Obama administrasiyasının davamçıları bu məsələlərdə Avropa İttifaqı ilə oxşar mövqe tutur:

"ABŞ dəstək verməsə belə, Fransa, Almaniya və Böyük Britaniya həmin xətti davam etdirirlər. Tramp isə bu mövqedən uzaqlaşıb və bu da ölkə daxilində ciddi narazılıq doğurur. Çünki bir çoxları ABŞ-nin yenidən dünya lideri rolunu oynamasını, qlobal proseslərə yön verməsini istəyir. Tramp isə bu yanaşmadan uzaq duraraq liberal dəyərlərə qarşı mövqe sərgiləyir.

Bu səbəbdən Tramp administrasiyasına qarşı narazılıqların, etirazların və daxili təzyiqlərin artması gözləniləndir. Hakimiyyət daxilindən Trampın zəiflədilməsi üçün o, müxtəlif yollarla sınanır. Onu öz komandası ilə qarşı-qarşıya qoymağa çalışırlar. Məsələn, İlon Mask ilə Tramp arasında gərginlik yaradılır, yaxud kabinet üzvləri ilə fikir ayrılıqları qabardılır. Tramp bir müddət əvvəl də məhz bu səbəbdən İsrailə yaxın bir kabinet üzvünü vəzifədən uzaqlaşdırmağa məcbur oldu. Bənzər hadisələr onun birinci prezidentliyi dövründə də müşahidə olunmuşdu: ona dəstək verənlər bir-bir ortadan çıxarıldı, ya istefa verdi, ya da uzaqlaşdırıldı. Hazırda da eyni istiqamətdə fəaliyyət göstərirlər".

Siyasi şərhçi qeyd etdi ki, etiraz aksiyaları, sosial gərginlik, mediada aparılan təbliğat vasitəsilə Tramp administrasiyası zəiflədilməyə çalışılır.

"Trampın birinci prezidentliyi dövründə pandemiya və ona qarşı tətbiq edilən sərt tədbirlər, eləcə də irqi qarşıdurmalar (xüsusən zəncilərin etirazları) onun siyasi nüfuzuna ciddi zərbə vurmuşdu. Bu vəziyyət sol-liberal qanadın güclənməsinə səbəb olmuşdu. Çünki onlar Trampı irqçi və avtoritar lider kimi təqdim edirdilər.

Kaliforniyada baş verən son hücumlar da bu kontekstdə dəyərləndirilə bilər. Ştat rəhbərliyinin etirazçılara dəstək verməsi, Trampa qarşı ictimai narazılığı artırmaq məqsədi güdür. Mövcud etirazlar genişlənsə, bu, Tramp üçün siyasi baxımdan çətin nəticələr doğura bilər. Hətta o, yerli seçkilərdə məğlub ola və ya siyasi gücünü itirə bilər. Eyni zamanda, bu proseslər Trampı müəyyən güzəştlərə getməyə məcbur edə bilər", - deyə Turab Rzayev vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri