ABŞ də 43 günlük şatdaun: Normallığın bərpası, yoxsa siyasi enerjinin tükənməsi?
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
43 günlük hökumət bağlanması, yəni ABŞ tarixinin ən uzun şatdaunu dünya siyasətinə məlumdur.
Bəzən bu, güc nümayişi, prinsipiallıq kimi qiymətləndirilsə də, bəzən isə əksinə, idarəetmə mexanizminin nə qədər boşaldığını ortaya qoyan məsələ kimi qiymətləndirilir.
Maraqlıdır, hökumətin yenidən açılması normallığın bərpası kimi qiymətləndirilməlidir, yoxsa siyasi dözümlülüyün tükənməsi kimi?
ABŞ hökumətinin 43 günlük şatdaundan sonra yenidən açılması təkcə büdcə qərarı deyil, həm də sistemin siyasi möhkəmliyi və zəifliyi haqqında mesajdır. Bu hadisəni iki fərqli prizmadan oxumaq mümkündür.
Müəyyən mənada bu “normallığa qayıdış” təsiri yaradır. Çünki: ABŞ sistemi institusional səviyyədə işləməyə qadirdir.
Federal hökumətin yenidən açılması göstərdi ki, konstitusion mexanizmlər, siyasi impasslar nə qədər dərin olsa da, gec-tez çıxış yolu tapır.
Ümumiyyətlə, ABŞ-də siyasi böhranlar təbii qarşılanır: sistem böhranı udur, adaptasiya edir və yenidən ritmə düşür.
Eyni zamanda bu addım bir çox mənfi siqnallar da ötürür. Daha dəqiq desək, ABŞ siyasi elitası konsensus qabiliyyətini itirir. 43 günlük şatdaun təsadüfi olmaya da bilər. Üstəlik, son illərdə Demokratlar və Respublikaçılar arasında dərin uçurum yaranıb. Hökumətin açılması özlüyündə kompromis deyil. Çox vaxt bu, tərəflərin sadəcə tükənmişlikdən məcburi geri addımıdır. Bu, siyasi iradənin güclənməsi yox, əksinə, enerjinin bitməsi kimi görünür.
Ən nəhayətində belə də qiymətləndirmək olar:
“Bu, ABŞ modelinə xas olan “idarə olunan siyasi xaosun” növbəti mərhələsidir”.
Afət
Baxış sayı:83
Bu xəbər 14 Noyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















