ABŞ də avtopilot təyyarəni xilas etdi: Real fövqəladə vəziyyətdə TARİXİ HADİSƏ
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aviasiyada tarixi adlandırıla biləcək hadisə baş verib. İlk dəfə olaraq avtomatik eniş sistemi təyyarəni təlimdə deyil, real fövqəladə vəziyyətdə uçuş-eniş zolağına çatdırıb.
Oxu.Az-ın CNN nəşrinə istinadən xəbərinə görə, bu barədə "Garmin" texnologiyalar istehsalı şirkətindən məlumat verilib.
İnsident "Beechcraft Super King Air 200" turbovintli təyyarəsində baş verib. Göyərtəsində sərnişin olmayan təyyarə Denver yaxınlığındakı Roki-Mauntin-Metropoliten hava limanına uğurlu eniş edib.
Operator şirkətin daha sonra aydınlaşdırdığı kimi, Aspendən uçuş zamanı salonda sürətli şəkildə və nəzarətdənkənar təzyiq azalması baş verib və pilotlar oksigen maskaları taxmağa məcbur olublar.
Bu anda "Garmin" fövqəladə eniş sistemi avtomatik olaraq işə düşüb. Ekipaj onu söndürməmək qərarına gəlib və avtomatik sistemin idarəetməni öz üzərinə götürməsinə icazə veriblər.
"Garmin" şirkəti təsdiqləyib ki, bu onların sisteminin real fövqəladə vəziyyətdə tam şəkildə istifadə edildiyi ilk haldır.
"LiveATC.net" xidməti tərəfindən dərc edilmiş danışıqların səsyazısında sistemin avtomatik səsinin dispetçerlərə göndərdiyi səs qeydə alınıb.
"Pilot fəaliyyət qabiliyyətini itirib", - deyə sistemin avtomatik səsi dispetçerlərə bildirib və həmçinin digər təyyarələri yaxınlaşan fövqəladə avtoeniş barədə xəbərdar edib.
"Buffalo River Aviation" şirkətinin rəhbəri daha sonra qeyd edib ki, bu mesaj standart avtomatlaşdırılmış protokolun bir hissəsi olub və pilotların həqiqi vəziyyətlərini əks etdirməyib, pilotların huşu yerində olub.
ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.
Baxış sayı:73
Bu xəbər 24 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















