Avropa futbolunda tarixi hadisə
Icma.az, Tribuna saytına istinadən bildirir.
Avropa futbolunda tarixi hadisə yaşanıb.
Bu, dünən gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Niderlandda oynanılan PSV – “Arsenal” matçında gerçəkləşib.
Belə ki, İngiltərə təmsilçisi 7:1 hesablı qələbə qazanaraq, yarışın tarixi ərziində səfərdə ən çox qol vuran komandaya çevrilib. Özü də maraqlıdır ki, bu matçda “Arsenal”ın heyətində zədə və cəza səbəbindən sırf hücumçu oynamayıb.
Cəmi bir istisnadan başqa, Çempionlar Liqasında indiyədək səfərdə heç bir klub bu qədər fərqlənməyib. Söhbət 2020-ci ildə 1/4 final məhələsi çərçivəsində keçirilən “Barselona” – “Bavariya” (2:8) matçından gedir. Amma nəzərə almaq lazımdır ki, həmin vaxt koronavirus pandemiyasına görə pley-off mərhələsinin bütün oyunları Lissabonda təşkil edildiyindən, “Barselona” nominal ev sahibi sayılırdı.
Onu da əlavə edək ki, 1:7 hesabı PSV-nin tarixinə antirekord kimi düşüb. Bu, Eyndhoven klubunun avrokuboklarun ev oyunlarında düçar olduğu ən böyükhesablı məğlubiyyətdir. Həmçinin, PSV XXI əsrdə keçirilən heç bir turnirdə belə hesabla uduzmayıb. (Offsideplus.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















