Icma.az
close
up
RU
Böyük tarixi hadisə

Böyük tarixi hadisə

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin noyabr ayının 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilməsi ilə yadda qaldı. COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsinin olduğunu nümayiş etdirir. Dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Mötəbər konfranslara ev sahibliyi etmək kimi böyük təcrübəsi olan Azərbaycanda bu dəfə dünya liderləri qlobal iqlim böhranının həlli yollarını axtarırlar.

COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməkdədir. Ölkə Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edərək mühüm mesajlar göndərməyi də unutmadı. Cənab Prezident çıxışında: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Prezident İlham Əliyev sammitin açılışındakı çıxışı ilə həm də COP29-un qarşısına qoyduğu hədəflərdən, qlobal iqlim problemi və onun həlli yollarına aydınlıq gətirməsindən, nəcib beynəlxalq təşəbbüslərə bəzi ölkələrin qısqanc, qərəzli münasibətlərinə toxunmuş oldu. Həqiqətən də qlobal iqlim böhranının yaranmasının başlıca baiskarları olan dövlətlər problemin həlli istiqamətində nəinki real addımlar atmırlar, irəli sürülən təşəbbüsləri, layihələri gözdən salmaq, boykot etmək yolunu tutmasından söz açmışdır.
Azərbaycanın digər ölkələrlə, xüsusilə də inkişaf etməkdə olan dövlətlərlə birgə iqlim dəyişikliyinin qarşısının alınması və qlobal ekosistemin qorunması istiqamətində birgə layihələr həyata keçirməsi ehtimalı artacaq. Bu, həmçinin Azərbaycana beynəlxalq maliyyə və texnoloji dəstəyin təmin edilməsi üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan, xüsusən də son illərdə iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində mühüm addımlar atmışdır. Bərpa olunan enerji mənbələrinin inkişafı, ekoloji tarazlığın qorunması və karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr ölkəmizin bu sahədə beynəlxalq səviyyədə etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. COP29-a ev sahibliyi etmək hüququnun qazanılması Azərbaycanın bu istiqamətdə atdığı addımların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha göstərir.
Bu tədbir, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılmasına və gələcəkdə daha böyük beynəlxalq layihələrə ev sahibliyi etməsinə zəmin yaradacaq.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri