ABŞ də iki azərbaycanlıya 25 il həbs cəzası Dissidentə sui qəsd hazırlayıblarmış
Icma.az, Bakupost saytına istinadən bildirir.
ABŞ-də İranlı jurnalist və dissident Məsih Əlinejada sui-qəsd hazırlayan iki şəxs 25 il həbs cəzasına məhkum edilib. Bu barədə Əlinejadın sözçüsü məlumat verib.
Şərqi Avropadan olan cinayətkar təşkilatın üzvləri Rafət Əmirov və Polad Ömərov Manhettendə federal məhkəmənin jüri tərəfindən günahkar biliniblər. İki şəxs 2022-ci ilin yayında İran-Amerikalı Əlinejada sui-qəsd etmək üçün İran rejimindən sifariş alıblar.
Prokurorluq hər iki şəxs üçün 55 il həbs cəzası tələb etmişdi. İttiham olunanların ikisi də Azərbaycan vətəndaşıdır.
Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, 45 yaşlı Masih Əlinejad 2009-cu ildə İrandan qaçıb.
O, 2014-cü ildən etibarən sosial mediada İranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun “X”də 500 mindən, “İnstagram”da isə 8 milyondan çox izləyicisi var.
Cavid, BakuPost

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 30 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















