Yunanıstanda azərbaycanlıya 300 il həbs cəzası verildi
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yunanıstanın Dodekanes Apellyasiya Məhkəməsi Rodosda iki miqrant qaçaqmalçısına 600 il həbs cəzası verib. Müttəhimlərdən birinin Azərbaycan vətəndaşı olduğu deyilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, müttəhimlərin kimliyi açıqlanmır. Onlar 2025-ci ilin oktyabr ayının əvvəlində 59 nəfəri qanunsuz şəkildə Karpatos adasına çıxarıblar.
Apellyasiya Məhkəməsi uzunmüddətli həbs cəzaları ilə yanaşı, 29 yaşlı Azərbaycan vətəndaşına və 30 yaşlı Moldova vətəndaşına 700.000 avro məbləğində cərimə də tətbiq edib.
Daha dəqiq desək, məhkəmə 29 yaşlı azərbaycanlıya ümumilikdə 300 il 7 ay həbs cəzası və 350.500 avro cərimə, həmçinin 30 yaşlı Moldova vətəndaşına 300 il 1 ay həbs cəzası və 350.500 avro cərimə təyin edib.
Qeyd olunur ki, qaçaqmalçı kater Türkiyə sahillərindən yola düşmüş və 5 oktyabr 2025-ci ildə Karpatos adasının sahilində sahil mühafizə xidməti tərəfindən aşkarlanmışdır. Yunanıstanın sahil mühafizə xidməti kateri təqib etmiş və onu açıq dənizdə saxlamışdır. Bir neçə miqrantın səhhətində problemlər yaranmış, onlardan biri Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopterlə xəstəxanaya çatdırılmışdı.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 02 Aprel 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















