Icma.az
close
up
RU
ABŞ məhkəməsi 2 azərbaycanlıya 25 il həbs cəzası verdi

ABŞ məhkəməsi 2 azərbaycanlıya 25 il həbs cəzası verdi

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ məhkəməsi 3 azərbaycanlını iranlı dissidentə qarşı sui-qəsd cəhdinə görə 25 illik həbs cəzasına məhkum edib.

AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.

İki azərbaycanlı – 4 yaşlı Rafət Əmirov və 41 yaşlı Polad Ömərov  həbsxana geyimində Manhettendə ABŞ hakim  Kollin MakMahonun qarşısına çıxarılıb.

Məhkəmə onları ABŞ-da yaşayan iranlı hüquq müdafiçisi, İranın qadınlara münasibətinin açıq tənqidçisi olan Məsih Əlinejada qarşı 2022-ci ildə sui-qəsd planında iştirakda ittiham edib. Onlar qətl cəhdi, çirkli pulların yuyulması və sui-qəsddə – günahkar bilinib.

Əlinejad arxasında əyləşmiş bir dəstə tərəfdarı ilə məhkəməyə müraciət edərək, Əmirov və Ömərovun onun həyatını alt-üst etdiyini, lakin onu sındıra bilmədiklərini söyləyib.

“Amerikaya gəlmək və normal bir həyat sürmək üçün okeanı keçdim, amma normal bir həyatım yoxdur”, – deyə Əlinejad kürsüdən çıxarkən alqışlarla qarşılanıb.

Əmirov və Ömərovun vəkilləri müştərilərinin Tehranla əlaqələrini və sui-qəsddəki rollarını kiçiltməyə çalışaraq yumşalma tələb ediblər. Prokurorlar bildiriblər ki, İranın elit İnqilab Keşikçiləri Korpusu 2009-cu ildə İrandan qaçan Əlinejada qarşı uğursuz sui-qəsd üçün Əmirova və Ömərova 500.000 dollar ödəyib.

Əmirov və Ömərovla birlikdə üçüncü şəxs olan Xalid Mehdiyev də ittiham olunaraq qətl cəhdində və qanunsuz silah saxlamada günahkar bilinib.

Özünü rus mafiya üzvü adlandıran şəxs məhkəmədə Əlinejadı öldürməyə çalışdığını bildirib.

Mehdiyev 2022-ci ildə Əlinejadın evinə AK-47 avtomatı və maşınında xizək maskası ilə basqın etdikdən sonra həbs edilib. O, hökmün çıxarılmasını gözləyir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri