ABŞ də “İsayias” qasırğası 4 nəfərin ölümünə səbəb olub
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
"İsayias” qasırğasının ABŞ-nin Florida və Alabama ştatlarında törətdiyi fəsadlar nəticəsində azı 4 nəfər həyatını itirib.
CNN yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Florida ştatının Eskambiya dairəsində 2 nəfər, Alabama ştatında isə daha 2 nəfər ölüb.
"İsayias” qasırğası oktyabrın 9-da axşam saatlarında Florida sahillərindən Meksika körfəzinə daxil olub. Təbii fəlakət güclü külək və leysan yağışlarına səbəb olub. Qasırğa Dastin şəhəri yaxınlığında ikinci kateqoriyaya uyğun güclə quruya çıxıb və küləyin sürəti 175 km/saatadək çatıb.
Daha sonra qasırğa zəifləyərək posttropik siklona çevrilib. ABŞ-nin cənub-şərqində güclü külək və ayrı-ayrı tornado təhlükəsi davam edib. Bölgədə bərpa işlərinə başlanılıb, yüz minlərlə istehlakçı elektrik enerjisiz qalıb.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 11 Oktyabr 2026 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















