ABŞ də məişət zəminində atışma zamanı 6 nəfər qətlə yetirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 2 iyun, AZƏRTAC
“ABC News” telekanalının məlumatına görə, ABŞ-nin Ayova ştatının polisi Maskatin şəhərində iki evdə və bir iş yerində baş verən atışmalarla bağlı açıqlama yayıb.
AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, şübhəli şəxs əvvəlcə şəhərdəki bir evdə dörd nəfəri öldürüb, sonra Missisipi çayı boyunca qaçıb. İstintaq aparan polis digər qurbanları da müəyyən edib, daha iki nəfərin cəsədini tapıb.
Maskatin Polis Departamenti hücumlarla bağlı açıqlama yayıb və bildirib ki, ilkin nəticələr atışmaların məişət münaqişəsi zəminində baş verdiyini göstərir. Bütün qurbanların mərhum şübhəlinin ailə üzvləri olduğuna inanılır.
Məlumatda əlavə edilib ki, qətllərlə bağlı istintaq davam edir və şübhəli şəxs çayın kənarında intihar edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 02 İyun 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















