Icma.az
close
up
RU
Rostropoviç öz xatirələrində bakılı olduğunu təkzib edib

Rostropoviç öz xatirələrində bakılı olduğunu təkzib edib

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə bakılı musiqiçi Mstislav Rostropoviçin xatirələri dərc edilib. 

KONKRET.az həmin xatirənin bir qismini təqdim edir:

“Mənim hələ o yorğanların borcunu qaytarmağa imkanım olmayıb…

Ən böyük borclarımdan biri isə Rusiyanın qarşısındadır. Hərçənd valideynlərim cəmi bir neçə il Bakıda yaşadıqları üçün mən Bakıda dünyaya gəlmişəm.

Yeri gəlmişkən, Amerika Milli Simfonik Orkestrinin baş dirijoru təyin olunanda jurnalistlər klubunda keçirilən mətbuat konfransında bir qadın jurnalist özünü çox məlumatlı göstərmək qərarına gəlmişdi. Elə bir tərzdə sual verdi ki, sanki bioqrafiyamın “qaranlıq məqamlarını” gizlətməyimə imkan verməyəcəkdi:

– Siz özünüzü rus hesab etdiyinizi deyirsiniz. Amma əslində Bakıda doğulmusunuz. Deməli, azərbaycanlısınız!

Mən də cavab verdim:

– Bəs bu, nəyi dəyişir? Əgər kimsə Antarktidada doğulubsa, bu o deməkdir ki, o, pinqvindir?

Amma Rusiyaya olan borcum sovet hakimiyyəti qarşısında deyil. Bu, ətrafımda olan, hər şeyimi borclu olduğum insanlara, hər şeydən əvvəl isə mənə onların özlərinə qismət olmayan imkanların verilməsinə görə duyduğum minnətdarlıqdır.

Atam böyük violonçel ifaçısı idi. Bunu heç bir mübaliğəsiz deyirəm. Mən bu gün də violonçeldə onun ifa etdiyi kimi çala bilmirəm. O, əsl dahi musiqiçi idi. Royalda notları ilk baxışdan, demək olar ki, nadir pianoçuların bacara biləcəyi səviyyədə ifa edirdi.

Musiqi ədəbiyyatı haqqında təsəvvürümün genişlənməsi üçün atam mənə notlar alırdı. Evə gətirən kimi Raxmaninovun, Çaykovskinin əsərlərini notlara baxaraq ifa edirdi. Hətta bu, müharibə illərində, evakuasiya dövründə baş verirdi! Mən həmin vaxt fortepiano konserti bəstələyirdim və atam dünyagörüşümü genişləndirməyi vacib hesab edirdi.

Pianoçu kimi Şopenin bütün əsərlərini ifa edirdi. Özü də bəstəkarlıqla məşğul olurdu. Onun violonçel üçün yazdığı dörd konserti var. Violonçel ifaçısı kimi isə onu həm müğənnilər, həm musiqiçilər, həm də dirijorlar yaxşı tanıyırdılar.

Nejdanova və Qolovanov, Qoldenveyzer və İqumnovla birlikdə səhnəyə çıxmışdı. Sobinovla da çıxış etmiş, Şalyapini şəxsən tanımışdı. Məndə Raxmaninovun atama həsr etdiyi sonatası, eləcə də Qlazunovun Parisdən göndərdiyi məktub saxlanılır. Qlazunov həmin məktubda atama belə yazmışdı: “Şopenin violonçel üçün yazdığı sevimli sonatamı sizin möhtəşəm ifanızla dinlədiyimi heç vaxt unutmayacağam”.

Ancaq atam heç vaxt şöhrət, alqış və pul axtarmırdı. Sakitcə kölgədə qalmağı üstün tuturdu. O, Moskvaya da məhz mənə görə köçmüşdü ki, burada ən yaxşı müəllimlərdən dərs ala bilim. Halbuki mən özüm ondan daha yaxşı müəllim tanımıram.

Moskvaya gələndə isə bizi yoxsulluq gözləyirdi. Kommunal mənzildə yaşayırdıq. Bizdən başqa orada, yəqin ki, daha qırx nəfərə yaxın adam qalırdı. Kozitski döngəsində yarıqaranlıq bir otağımız vardı.

Xaricdə on altı il yaşadıqdan sonra yenidən Moskvaya qayıdanda həmin mənzili axtarıb tapdım. Məlum oldu ki, vaxtilə yaşadığımız otaq indi də yaşayış üçün istifadə olunmur. Bizdən əvvəl də hansısa anbar otağı imiş, indi də yenidən anbara çevrilmişdi. Halbuki vaxtilə biz dörd nəfər orada yaşayırdıq.

1942-ci ildə evakuasiya zamanı atamı itirəndə ağır depressiyaya düşdüm. Artıq yaşamaq istəmirdim. Məhz həmin vaxt Maly Teatrının opera və balet artistləri məni özləri ilə qastrollara aparmağa başladılar. Onlar məni həyata qaytarmaq, xilas etmək istəyirdilər.

Qış idi, dəhşətli soyuqlar vardı. Onlar belində dövlətə məxsus 8 nömrəli violonçel daşıyan bir oğlan uşağı ilə Orsk şəhərinə yola düşdülər.

Qatarda altı nəfər idik. Hamısının adını bu gün də xatırlayıram. Solist Olqa Nikolayevna Qolovina, pianoçu və konsertmeyster İzyа Rubanenko, sonralar mənim himayəçimə çevrilən tenor Boris Osipoviç Geft, Kolya Sokolov və Svetlana Şeina – balet artisti olan bu iki nəfər bir cütlük idi. Hamısı yaşlı, təcrübəli və əməkdar artistlər idi. Bir də mən…

Ümumi vaqona mindik. Mənə yan tərəfdəki uzanmaq üçün nəzərdə tutulmuş rəf düşdü. Gecə yol gedirdik, ona görə də uzandım. Vaqona minən kimi işıqları söndürdülər. Böyüklərin hər biri soyunmaq əvəzinə, əksinə, əyinlərinə əlavə paltar geyinməyə başladı. Çünki bizə verilən yorğanlar o qədər nazik idi ki, adamın içindən hər şey görünürdü.

Mənim isə əlavə geyinməyə heç nəyim yox idi. Üstəlik, əynimdəki paltarlar da çox nimdaş vəziyyətdə idi. Özümü büzüşdürüb nazik yorğanın altına girdim. Qatar hərəkətə başladı.

Nə qədər çalışsam da, isinə bilmirdim. Bir müddət sonra başa düşdüm ki, artıq isinməyəcəyəm. Vaqonda getdikcə daha da soyuqlaşırdı.

Gecə, zülmət… Sanki cəhənnəmin hansısa dairəsinə düşmüşdüm. Arxada dünyasını dəyişmiş atam, qarşıda isə naməlum gələcək vardı. Heç kimə lazım olmayan bir uşaq kimi harasa aparılırdım.

Yadımdadır, düşündüm ki, kaş bu gecə yuxuda öləydim. Sonra isə soyuğa müqavimət göstərməyi dayandırdım…

Tam qaranlıqda, istidən oyandım. Yorğan nədənsə qalınlaşmış, ağırlaşmışdı. Əllərimi qaranlıqda yorğanın üzərində gəzdirərək onun qatlarını saymağa başladım. Məlum oldu ki, üstümdə düz altı yorğan var.

Mənimlə birlikdə səfərə çıxanların hər biri, heç bir sözləşmə olmadan, qaranlıqda öz yorğanını götürüb üstümə örtmüşdü.

Sonralar, artıq məni vətəndaşlıqdan məhrum etdikləri vaxtlarda, məndən qəzəbli olmağımı, hər şeyə nifrət etməyimi istəyən dostlarıma belə deyirdim:

– Amma mən hələ o yorğanların borcunu qaytarmamışam. Bəlkə də, heç vaxt qaytara bilməyəcəyəm.

Mənim ölkəm məhz həmin beş artistdən, atamdan və hərəsi özünəməxsus şəkildə məni isidən, qoruyan, həyata bağlayan saysız-hesabsız başqa insanlardan ibarətdir. Mən bu gün də onlara borcluyam.

Hazırladı Ağagül Mürsəlov,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Noyabr 2026 01:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri