Icma.az
close
up
RU
ABŞ də nadir beyin şişi diaqnozu qoyulan vəkil eşitmə qabiliyyətini İTİRDİ

ABŞ də nadir beyin şişi diaqnozu qoyulan vəkil eşitmə qabiliyyətini İTİRDİ

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də 44 yaşlı vəkil, iki uşaq atası Stiven Qrin bir il ərzində qulağındakı tutulmanı ciddiyə almayıb. Sonradan isə məlum olub ki, bu, nadir beyin şişinin əlaməti imiş.

Redaktor.az xəbər verir ki, onun hekayəsi "Today" nəşrinin diqqətini cəlb edib.

Amerikalı bildirib ki, 2024-cü ilin yazında ilk dəfə dilinin sağ tərəfində yüngül sancı və sağ qulağında tutulma hiss edib. O, bu simptomlara ciddi yanaşmayıb və koronavirusdan sonrakı fəsad kimi qəbul edib. Bununla belə, ehtiyat üçün həkimə müraciət edib. Terapevt hər hansı ciddi problem aşkar etməyib və onu qulaq-burun-boğaz həkiminə göndərib.

Qrin həmin həkimə yalnız iyun ayında gedə bilib, lakin bu mütəxəssis də hər hansı narahatlıq tapmayıb. Otolarinqoloq qulaq yolundakı az miqdarda kükürdü təmizləyib və simptomlara nəzarət etməyi tövsiyə edib. 2025-ci ilin qışına doğru kişi demək olar ki, sağ qulağı ilə eşitmədiyini fərq edib. “Həyat yoldaşımla harasa yeməyə gedəndə, əgər onun sağ tərəfində otururdumsa, demək olar ki, dediklərini eşidə bilmirdim,” - deyə Qrin bildirib.

Daha sonra yanağında keyimə hiss edən Qrin yenidən həkimə müraciət edib. Müayinələr və MRT nəticəsində onun beyin şişinin nadir bir növü - vestibulyar şvannoma (xoşxassəli şiş) inkişaf etdiyi məlum olub.

Bir il ərzində şiş böyüyərək demək olar ki, qolf topu ölçüsünə çatıb və eşitmə, həmçinin üz hissiyatına cavabdeh olan sinirlərə təzyiq göstərib. Neyrocərrahlara kişidəki şişi çıxarmaq üçün 13 saatlıq əməliyyat aparmaq lazım gəlib. Əməliyyat uğurla keçsə də, Qrin tamamilə eşitmə qabiliyyətini itirib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri