Icma.az
close
up
RU
Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Suriyada YPG–PYD terror strukturuna qarşı hökumət qüvvələrinin keçirdiyi hərbi əməliyyatlar müsbət nəticələr verir. Türkiyə artıq 40 ildən çoxdur ki, həm İraqda, həm də Suriyada PKK terror təşkilatını və onun qollarını sistemli şəkildə sıradan çıxarır. Bu proses mərhələli və strateji xarakter daşıyır".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, strateji planda YPG-nin əsas məqsədi Suriyanın şimal-şərqində muxtariyyət statusu əldə etmək, daha sonra isə bu qurumu İraqdakı Kürd Muxtariyyəti ilə birləşdirərək Aralıq dənizinə çıxışı olan yeni kürd dövləti yaratmaq idi:
"Məhz Barak Obama və Co Bayden administrasiyalarının regional planlarının mərkəzində bu layihə dayanırdı. Türkiyənin Suriyada əldə etdiyi hərbi-siyasi üstünlük həmin planın qarşısını aldı. Qeyd edim ki, İsrail də Suriyada kürd muxtariyyətinin formalaşmasına açıq və ya dolayı şəkildə dəstək verən tərəflərdən biri olub. Bu isə regionda parçalanma və yeni münaqişə risklərini daha da artırırdı.
Əgər İraq Kürd Muxtariyyətinin peşmərgə qüvvələri Həsəkə bölgəsində Suriya ordusu ilə toqquşmalara cəlb edilərsə, Türkiyənin İraq Kürd Muxtariyyətinə qarşı ciddi siyasi və hərbi təzyiqlər göstərməsi istisna edilmir. Ankara bu cür ssenarini öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir".
Məhəmməd Əsədullazadə deyib ki, on ildən artıq Suriyanın şimal-şərqində fəaliyyət göstərən YPG terror təşkilatının mövcudluğuna faktiki olaraq son qoyulur:
"Bu proses Türkiyənin regional güc kimi mövqeyini daha da möhkəmləndirir. Ankara artıq təkcə Suriyada deyil, ümumilikdə Yaxın Şərqdə əsas söz sahibi və aparıcı oyunçulardan biri kimi çıxış edir. Türkiyənin Qəzza zolağı ilə bağlı mövqeyi də bunun açıq göstəricisidir.
ABŞ prezidenti Donald Tramp administrasiyası YPG ilə əməkdaşlıqdan imtina edərək, Suriya və Türkiyə ilə birbaşa əməkdaşlığa üstünlük verdi. Bu, Vaşinqtonun regionda reallıqları qəbul etməsinin göstəricisi idi. Suriyadakı neft yataqlarından isə ABŞ-ın istifadə etməsi davam edəcək. Bu, həm ABŞ-ın iqtisadi maraqlarına, həm də Trampın praqmatik siyasət xəttinə uyğundur.
Suriyada YPG layihəsinin iflası təkcə bir terror strukturunun sıradan çıxarılması deyil, eyni zamanda Yaxın Şərqdə xəritə dəyişdirməyə yönəlmiş ABŞ-İsrsilin planlarının pozulması deməkdir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Yanvar 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri