ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin mühafizəçiləri amerikalı senator Aleks Padilyanı (Kaliforniya ştatından olan demokrat) mətbuat konfransından zorla uzaqlaşdırıblar.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, insident Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.
Noemin çıxışı zamanı Padilya tribunaya yaxınlaşmağa cəhd edib.
ABŞ daxili təhlükəsizlik nazirinin mühafizəçiləri müqavimət göstərən və Noemə yaxınlaşmağa cəhd edən 52 yaşlı qanunvericinin qollarını burublar. Onu məkandan çıxarıb əllərini qandallayıblar.
Senator daha sonra sərbəst buraxılıb. K.Noem insidentdən sonra verdiyi açıqlamada mühafizəçilərin senatoru tanımadığını, hadisədən sonra onunla söhbət etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 13 İyun 2025 02:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















