Icma.az
close
up
RU
ABŞ də neft ehtiyatları gözlənilmədən artdı Qiymətlər endi

ABŞ də neft ehtiyatları gözlənilmədən artdı Qiymətlər endi

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Neftin qiyməti ABŞ-də xam neft ehtiyatlarının gözlənilməz artması fonunda ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, investorlar Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxan “Şərq-Qərb” boru kəmərinə hücumdan sonra Yanbu limanında neft yükləmələrini dayandırmasının qlobal tədarükə mümkün təsirlərini qiymətləndirirlər.

“Brent” markalı xam neftin fyuçersləri 0,86% ucuzlaşaraq bir barel üçün 107,82 dollara, ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı neftinin fyuçersləri isə 0,92% azalaraq 104,86 dollara düşüb.

Çərşənbə axşamı hər iki neft markası 3 dollardan çox bahalaşaraq mayın 19-dan bəri ən yüksək səviyyədə qərarlaşıb. Buna Səudiyyə Ərəbistanının Yanbu limanında yükləmələri dayandırması və Avropaya neft tədarükünü azaltması ilə bağlı narahatlıqlar səbəb olub.

Bazar mənbələrinin Amerika Neft İnstitutunun (API) məlumatlarına istinadən verdiyi xəbərə görə, sentyabrın 11-də başa çatan həftədə ABŞ-də xam neft ehtiyatları 7,1 milyon barel artıb. Halbuki analitiklər ehtiyatların təxminən 1,6 milyon barel azalacağını gözləyirdilər.

Eyni dövrdə ABŞ-də benzin və distillat ehtiyatlarının da artdığı bildirilib. “Haitong Futures” analitikləri qeyd ediblər ki, ehtiyatlardakı gözlənilməz artım neft qiymətlərinə təzyiq göstərsə də, ayrı-ayrı regionlarda ehtiyatların artması qlobal xam neft bazarındakı təklif məhdudluğunu aradan qaldırmır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri