Icma.az
close
up
RU
ABŞ də qalmaqal Jurnalistin olduğu qruplara müharibə planı AÇIQLANDI

ABŞ də qalmaqal Jurnalistin olduğu qruplara müharibə planı AÇIQLANDI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ-də məxfi informasiya sızması ilə bağlı qalmaqal yaşanır.

Modern.az xəbər verir ki, "The Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberqin bildirdiyinə görə, ABŞ-nun milli təhlükəsizlik müşaviri Maykl Uolts onu səhvən "Signal" messencerində məxfi söhbətə əlavə edib.

Həmin çatda Yəməndəki husilərə qarşı planlaşdırılan hərbi əməliyyat müzakirə olunub.

Mənbələrə görə, bu qrupda ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset və Milli Təhlükəsizlik Şurasının digər üzvləri olub.

Müzakirələrində əməliyyatın vaxtı, məqsədləri və mümkün reaksiyalar nəzərdən keçirilib.

Qoldberqin sözlərinə görə, vitse-prezident Cey Di Vens prezident Donald Trampın dərhal hərbi zərbə endirilməsi qərarı ilə razılaşmayıb. O, hücumların daha gec həyata keçirilməsini təklif etsə də, digər rəsmilər onu bu fikirdən daşındırıblar.

"Mən indiyə qədər belə bir məxfi məlumat pozuntusunun şahidi olmamışdım. Milli Təhlükəsizlik Şurasının əməkdaşları "Signal"dan əsasən görüşlərin təşkili və loqistika məsələləri üçün istifadə edirlər. Heç vaxt məxfi hərbi əməliyyatları müzakirə etmək üçün deyil", - Qoldberq deyib.

Əməliyyat başladıqdan sonra Qoldberq Milli Təhlükəsizlik Şurasına rəsmi şərh üçün müraciət edib. Şura nümayəndəsi çatı təsdiqləyərək, jurnalistin ona necə qoşulduğunun araşdırıldığını bildirib.

Hadisə ilə bağlı açıqlama verən müdafiə naziri Pit Hegset deyib ki, heç kim müharibə planlarını mətn mesajları ilə göndərməyib: "Mən bu barədə yalnız bunu deyə bilərəm."

CNN-in iki mənbəsinə görə, Donald Tramp "The Atlantic"in dərc edəcəyi materialdan əvvəlcədən xəbər tutub və məsələ ilə bağlı keçirilən brifinqdə Ceffri Qoldberqə qarşı açıq narazılıq ifadə edib.

Bu sızmanın ABŞ hökuməti və ordu rəhbərliyi üçün hansı nəticələr doğuracağı hələlik bəlli deyil. Lakin belə bir hadisənin baş verməsi ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurduğu şübhəsizdir.

ABŞ qanunlarına görə, məxfi informasiyanın düzgün idarə olunmaması və ya sui-istifadəsi cinayət hesab edilə bilər. "The Atlantic" jurnalının məlumatına əsasən, Maykl Uoltsun Signal tətbiqindəki mesajları müəyyən müddətdən sonra avtomatik siləcək şəkildə tənzimləməsi federal arxiv qanunlarının pozulması ehtimalını gündəmə gətirir.

Tramp administrasiyası jurnalistlərə sızdırılan məlumatları araşdırmaq üçün yeni tədbirlər planlaşdırır. 

Hadisə ilə bağlı Demokrat Partiyasından olan qanunvericilər "Signal" qrupunun istifadəsinin qanunsuz olduğunu bildirərək, rəsmi araşdırma tələb ediblər. Senatın Demokratik lideri Çak Şumer bu hadisəni “son dərəcə ciddi hərbi kəşfiyyat pozuntusu” adlandırıb və Senatın Respublikaçı lideri Con Tun ilə məsələni araşdırmaq üçün plan qurduqlarını bildirib:

"Biz hələ təfərrüatları öyrənirik. Amma açıq-aşkar bu məsələni araşdırmalıyıq. Bu işin kökünə enəcəyik və nələrin baş verdiyini müəyyən edəcəyik."

Ağ Ev hadisəyə reaksiyasında bildirib ki, bu sızma prezident Trampın milli təhlükəsizlik komandasına etimadını sarsıtmır. Ağ Evin mətbuat katibi Karolin Levitt Reuters agentliyinə açıqlamasında qeyd edib:

"Prezident Tramp, o cümlədən milli təhlükəsizlik müşaviri Maykl Uolts olmaqla, milli təhlükəsizlik komandası ilə bağlı tam inama malikdir."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Mart 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri