Icma.az
close
up
RU
Euronews : Bakı Ağ Şəhər şəhər transformasiyasının simvoludur VİDEO

Euronews : Bakı Ağ Şəhər şəhər transformasiyasının simvoludur VİDEO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Euronews" telekanalı "Bakı Ağ Şəhər"ə (Baku White City) həsr olunmuş reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, materialda Ağ Şəhərin genişmiqyaslı şəhər transformasiyasının ən yaxşı nümunəsi olduğu vurğulanır.
"Uzun illər paytaxtın ən çirkli sənaye zonalarından biri hesab edilən ərazi müasir və ekoloji cəhətdən dayanıqlı, sakinlərin rahatlığına və yüksək həyat keyfiyyətinə yönəlmiş bir rayona çevrilib" - materialda vurğulanır.
Qeyd edilib ki, Ağ Şəhər rahat şəhər mühiti konsepsiyasını nəzərə alınaraq layihələndirilib və əlçatan məsafədə yaşayış, kommersiya və mədəni məkanları birləşdirir, bu da sakinlərin avtomobillərdən istifadəni azaltmağa imkan verir.
"Euronews" bu ideyanın praktikada necə həyata keçirildiyini nümayiş etdirmək üçün həm rayonun sakinləri, həm də burada öz bizneslərini açan sahibkarların fikirlərini öyrənib.
"Bakı Ağ Şəhər"in sakinləri bildiriblər ki, yaşayış yerini seçərkən xüsusi diqqəti lazımı obyektlərin əlçatanlığına və gündəlik həyatın rahatlığına veriblər.
 

"Əvvəllər Ağ Şəhər sənaye rayonu idi, lakin bu gün tamamilə dəyişib. Bu rayon gəzinti üçün rahat və xoş məkana çevrilib. İnsanlar burada görüşmək və vaxt keçirmək istəyirlər. Onun çox unikal görünüşü var və məncə, məhz bu, insanları həm iş, həm də yaşayış üçün cəlb edir", - sahibkar Həcər Əliyeva "Euronews"a şərhində deyib. Əlavə edib ki, Ağ Şəhər insanları gənc və dinamik enerjisilə cəlb edir.


"Baku White City" xüsusi layihəsinin rəhbəri Yelena Çernova layihənin uğurunun hələ konsepsiya mərhələsindəikən təmin edildiyini vurğulayıb. "Ağ Şəhər yaşıl, ekoloji cəhətdən təmiz və yaşamaq üçün rahat olmalıdır. Burada yaşayış və kommersiya zonaları harmonik şəkildə birləşir, bu da 500 metrlik və ya beş dəqiqəlik şəhər konsepsiyasına uyğun olaraq gəzinti üçün əlçatan şəhər mühiti yaradır. Bu o deməkdir ki, beş dəqiqəlik piyada məsafədə lazım olan hər şeyə - mağazalara, kafelərə, məktəblərə, uşaq bağçalarına, apteklərə və ya baytarlıq klinikalarına çatmaq mümkündür. Bu yanaşma ictimai və şəxsi nəqliyyat istifadəsini azaldır, karbon qazı emissiyalarını aşağı salır, burada yaşıl zonaların payı isə orta göstəriciləri üstələyir", - deyə Y.Çernova qeyd edib. (Report.az)

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:357
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Dekabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri