ABŞ dəki danışıqlarda Ukraynanı təmsil edəcək nümayəndə heyətinin tərkibi açıqlanıb
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna nümayəndə heyəti oktyabrın 9-da ABŞ-də Prezident Donald Tramp administrasiyasının təmsilçiləri ilə danışıqlara başlayacaq.
Bu barədə "RBK-Ukrayna” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ali Radanın "Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, Prezident Ofisinin rəhbərinin birinci müavini Sergey Kislitsa və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov daxildir.
ABŞ tərəfini isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner təmsil edəcəklər.
Danışıqlarda diplomatik səylərin intensivləşdirilməsi, Ukraynadakı müharibənin başa çatdırılması yolları, eləcə də ABŞ, Rusiya və Ukrayna arasında mümkün üçtərəfli görüşün təşkili müzakirə olunacaq.
Mənbələrin məlumatına görə, üçtərəfli danışıqların oktyabrın ikinci yarısında keçirilməsi imkanları nəzərdən keçirilir.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 09 Oktyabr 2026 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















