8 sotun içində 8 qanunsuz ev tikilir Komitə müdaxilə etdi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Masazır qəsəbəsində 8 sot ərazidə qeyri-qanuni şəkildə 8 ev tikilib. İddialara görə, 1 həftə əvvəl tikintisinə başlanılan evlər tam qanunsuzdur və tikinti qaydalarını kobud şəkildə pozur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən açıqlamada məsələnin araşdırıldığı bildirilib.
“Yoxlama zamanı tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Nəticədə aidiyyəti dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində tikinti işləri dayandırılıb”, - açıqlamada vurğulanıb.
Bu mövzuda digər xəbərlər:Komitə iclasında 8 məsələ müzakirə edilib
04 Dekabr 2024 16:53
Asiya Parlament Assambleyasının komitə iclasında 8 qətnamə layihəsi təsdiqlənib
20 Fevral 2025 09:49
Milli Məclisin komitə iclası davam edir 8 məsələyə baxılacaq
23 Yanvar 2026 12:32
Komitə 8 kəndin şəhərsalma əsaslandırılmasına 1,4 milyon manat xərcləyəcək
24 İyun 2026 17:14
Baxış sayı:106
Bu xəbər 26 Oktyabr 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















