ABŞ demokratları atışma qalmaqalları ilə bağlı hökuməti yeni şatdaunla hədələyir
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Demokratlar Partiyasının ABŞ Konresinin Senatındakı nümayəndələri atışma qalmaqalları ilə əlaqədar olaraq təxsisatlar barədə qanun layihəsini bloklaya bilər və bu, hökumətin fəaliyyətinin qismən dayanmasına səbəb ola bilər.
"Report"un məlumatına görə, bu barədə CNN demokrat azlıqların yuxarı palatadakı lideri Çak Şumerə (Nyu-York ştatı) istinadən xəbər verib.
"Minnesota ştatında baş verənlər dəhşətlidir və istənilən Amerika şəhəri üçün qəbuledilməzdir. Mən (qanun layihəsi-red) əleyhinə səs verəcəyəm. Daxili İşlər Nazirliyinin maliyyələşdirmə maddəsi daxil ediləcəyi təqdirdə, Senatdakı demokratlar qanun layihəsinin lehinə səs verməyəcəklər", - Şumer "X"də yazıb.
CNN-in məlumatına görə, ABŞ Senatı şatdaunun qarşısını almaq üçün qanun layihəsini 30 yanvar gecə yarısına qədər qəbul etməlidir. Qanun layihəsinin qəbul edilməsi üçün bütün respublikaçıların (53) və azı səkkiz demokratın səsi tələb olunacaq. Qeyd olunur ki, Demokratlar Partiyasından azı altı senator artıq qanun layihəsinə qarşı açıq şəkildə etirazlarını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 25 Yanvar 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















