Icma.az
close
up
RU
ABŞ ən dəhşətli silahı işə saldı: Avropa və Çini dağıdır Hədəf bu materikdir...

ABŞ ən dəhşətli silahı işə saldı: Avropa və Çini dağıdır Hədəf bu materikdir...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Trampın tariflərlə bağlı son qərarı dünyada ciddi narahatlıq yaradıb. Trampın Avropa İttifaqı da daxil olmaqla bütün dünyaya universal tariflər tətbiq etməsi, dünya iqtisadiyyatında böyük problemlərə səbəb ola bilər. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib. O, əlavə edib ki, problemi həll etmək üçün ABŞ-la danışıqlar aparmağa hər zaman hazırıq.

Ursula fon der Lyayen qeyd edib ki, artıq polad rüsumlarına cavab olaraq ilk tədbirlər paketi üzərində iş tamamlanıb:

“Əgər danışıqlar uğursuz olarsa, öz maraqlarımızı və şirkətlərimizi qorumaq üçün əlavə tədbirlər hazırlayırıq.”

Avropanın ABŞ-a cavab vermək potensialı nə qədərdir?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, ticarət savaşları ABŞ-ın daha çox fayda əldə etmək məntiqinə söykənir:

“Donald Tramp da bu siyasəti həyata keçirir. Əsas arqument isə federal büdcənin dolması ilə bağlıdır. Xarici ticarət siyasətində əsas işlətdiyi “bərabər faydalı tərəfdaşlıq” termini var. Onu da belə açıqladı ki, məsələn, ABŞ Aİ-dən qarşılıqlı investisiyalarda investisiya dövriyyəsinin 70 faizini qoyursa, 30 faizini Aİ qoya bilməz. Rəsmi Vaşinqton daha çox investisiya qoyur deyə, daha çox pulu çıxır. Bu, 50-50 prinsipi ilə təmin olunmalıdır. 186 ölkəyə sözügedən baxışı tətbiq etdi.

Siyasi olaraq tarif qərarlarının arxasında Aİ-nin tam şəkildə təzyiq altında dayanması siyasəti dayanır. Burada iki vacib məsələyə diqqət çəkmək istəyirlər. Tarif tətbiq olunan ölkələr siyahısında Rusiya və Belarusun adı yoxdur. Çünki ABŞ Ukrayna müharibəsinin çox sürətlə həllinin tərəfdarıdır.

Qısa müddət sonra isə İrana qarşı hərbi əməliyyatlara başlayacaq. Bununla bağlı təxminən 2 ay müddətinin olduğu iddia edilir. Yəni, İran irəli sürülən şərtlər daxilində danışıqları qəbul edərsə, bombardman edilməyəcək. Əks halda böyük hərbi əməliyyatlar gözlənilir. Avropa isə fərqli düşünür. Rusiyanın qarşısında yem kimi Ukrayna məsələsi var və rəsmi Moskvanı məşğul edir. Eyni zamanda, Ukrayna Qərbin gələcəyi üçün önəmli mərhələ ola bilər. Burada ABŞ-la qırılma nöqtələri var. Rəsmi Vaşinqton Arktika strategiyası yürüdür. Rusiya ilə birgə Çini qabaqlamaq üçün Arktikanın sərhədsiz minerallarına çıxış əldə etməyə çalışır. Buna görə də, Qrenlandiyanı ələ keçirməlidir.”

Əziz Əlibəyli

Siyasi şərhçi prosesin Avropaya təsirlərinə də aydınlıq gətirib:

“Danimarka üzərindən baxdıqda, Avropada “Birləşmiş Ştarlar istədiyini edə bilməz” məntiqinə nə cür reaksiya verəcəkləri də məlum deyil. İndiki tarif siyasəti ilə ABŞ Avropanın səsini tam kəsmək istəyir. Qrenlandiyanın ilhaqı prosesində onların ciddi reaksiyası ilə üzləşməmək üçün bu addımı atır.

Ursula fon der Lyayen məsələsinə isə iqtisadi rəqəmlərin gözündən baxmaq lazımdır. Donald Tramp ümumi tarif dövriyyəsini hesablayır. Bu addım Avropada elə başa düşülür ki, bu rüsumlar transatlantik əlaqələri ən aşağı səviyyəyə çatdıracaq. Fransa Prezidenti Emmanuel Makron da Avropa şirkətlərinin ABŞ-a investisiyanı dayandırmaqdan çəkindirməyə çalışır.

Avropa şirkətləri ABŞ-ın texnologiya şirkətlərini vurmağa başlarsa, bu, ciddi nəticələr verəcək. Məsələn, Almaniya prezidenti təklif edir ki, Aİ Amerika vergilərinə qarşı çıxmaq üçün Meksika və Kanada ilə ittifaq yaratsın. Avropa İttifaqı ölkələri ABŞ-a 290 milyard avroluq ixrac həyata keçirib. Bunun 20 faizi əlavə rüsum kimi gələcək. Yəni, ABŞ-ın yeni qərarı ilə 290 milyardın üzərinə əlavə 58 milyard avro rüsum gələcək. Bu, Avropada avtomobil ixracının 25 faizini vurur. Ümumilikdə, sözügedən sahədə 66 milyard avro dəyərində mal dövriyyəsinə təsir göstərir. Metal ixracında isə 26 milyard əlavə rüsum deməkdir.”

Əziz Əlibəyli qarşıdurmanın nə ilə nəticələnəcəyi sualımıza belə cavab verib:

“NATO-dakı birlik gündəmə gəldi. ABŞ dövlət katibi Marko Rubio deyir ki, ABŞ Alyansdan çıxmaq istəmir. Amma dərhal tələb etdi ki, iqtisadiyyatla yanaşı hərbi sferada hər bir ölkə özünün ümumi daxili məhsulunun 5 faizini NATO tərkibində müdafiə xərclərinə ayırmalıdır. Aİ Çinə göndərdiyi avtomobil detallarına görə 500 milyon avrodan çox cərimə ilə üzləşir. Trampın qərarı həm də Mərkəzi Avropa Bankının inflyasiya siyasətini vurur. Avronun dollar qarşısında güclü baza yaratmasına ehtiyac var. Bu necə olacaq? Dərhal Britaniyaya müraciət etdilər ki, karbon bazalarını əlaqələndirmək üçün Aİ və Britaniya Trampa qarşı bərabər savaşa başlasın. Aİ başqa bir anqlosakson ölkə ilə ABŞ-a necə qarşı çıxa bilər? Bu dəhşətli məsələdir. Aİ ətrafında əsas mərkəzlər Avropa İttifaqının fondlarına yatırmağı düşünür. Avropanın idman paltarları, zərgərlik, geyim və s. sənayeləri tarif qərarından sonra şok vəziyyətindədirlər. “Adidas”, “Puma” şirkətləri 14 faizdən 11 faizə qədər ucuzlaşıb. Bunlar Avropanın rəqib markalarıdır. Çin birjasını ABŞ darmadağın edib”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri