Müəllim direktoru canlı yayımda rüsvay etdi VİDEO
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Gəncə şəhər 7 nömrəli məktəbdə müddətli müqavilə əsasında çalışan müəllim Günay Məmmədova rəhbərlik tərəfindən ona qarşı qərəzli addımlar atıldığını iddia edir.
Modern.az xəbər verir ki, müəllim oktyabrın 22-də dərs cədvəlinin ona əvvəlcədən məlumat verilmədən dəyişdirildiyini bildirib.
Günay Məmmədovanın sözlərinə görə, müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək qəbul olunduğu məktəbdə dərs cədvəli əvvəlcə onun əsas iş yerindəki qrafikinə uyğun tərtib edilib. Lakin sonradan cədvəl gecə saatlarında birtərəfli qaydada dəyişdirilib.
Müəllim bu dəyişikliyin onun fəaliyyətinə mane olmaq məqsədi daşıdığını və ictimai fəallığı ilə əlaqəli olduğunu iddia edib.
O, həmçinin məktəbin fəaliyyətinə dair əvvəllər müxtəlif platformalarda yayımlanan və müsbət rəylər alan videosüjetlərin məktəbin rəsmi səhifəsindən silindiyini bildirib.
Günay Məmmədova səhər saatlarından sosial şəbəkədə canlı yayımlar edərək məsələni ictimailəşdirib və hüquqlarının təmin olunmasını tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















