Icma.az
close
up
RU
“ABŞ etibarsız dövlət imicini bir az da gücləndirəcək və süqutunu yaxınlaşdıracaq” Qüdrət Həsənquliyev

“ABŞ etibarsız dövlət imicini bir az da gücləndirəcək və süqutunu yaxınlaşdıracaq” Qüdrət Həsənquliyev

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Ermənistanla sülh sazişinin mətninin razılaşdırılması barədə xəbəri necə qarşıladınız? Tezliklə sülh sazişi imzalana bilərmi?

- Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan sülh sazişinə dair tələblərini Ermənistanın qəbul etməsi böyük diplomatik uğurdur. Bu məsələdə Prezidentin güclü siyasi iradəsi və Ermənistana göstərdiyi təzyiqlər öz rolunu oynadı. Sülh sazişinin imzalanması, yaşadığımız regionun inkişafı üçün bölgədə maraqları olan böyük dövlətlərin də bunu istəməsi lazımdır. Əks halda sülh və regionda sabitlik davamlı ola bilməz. Ona görə də biz böyük dövlətlərlə bu istiqamətdə apardığımız işi gücləndirməliyik.

Sülh sazişi imzalanandan və müəyyən islahatlar aparılandan sonra biz iqtisadiyyatımıza böyük sərmayə qoyuluşuna nail ola bilərik. Sülh sazişinin nə zaman imzalanması yalnız bizdən asılı olan məsələ deyil. Daxildə bu və ya digər problemlərin həllinə dair fərqli baxışlar ola bilər. Amma ümummilli məsələlərdə bir-birimizə, xüsusilə xalqın dövləti təmsil etmək üçün mandat verdiyi, Qarabağın işğalına son qoyub dövlət suverenliyini bərpa edən Prezidentə güvənməliyik. Bizim bilmədiyimiz çoxlu məsələlər var.

Azərbaycan təbii müttəfiqləri və zamanın sınağından çıxmış dostları ilə məsləhətləşmələr aparır, doğru zamanda Prezident sülh sazişini imzalayacaq.

- Putinlə Tramp arasında baş tutmuş telefon danışıqlarını necə qiymətləndirirsiniz?

- Dəfələrlə demişəm ki, Tramp Putinə rəğbət bəsləyən, gücə və zənginliyə sitayiş edən adamdır. O, öz xalqına bunu o cür təqdim etməyə çalışır ki, beynəlxalq sülh və təhlükəsizlik üçün dünyanın iki böyük nüvə gücü arasında dialoq və əməkdaşlıq olmalıdır, beynəlxalq hüquq normaları, qanunlar isə güclülərə aid deyil. Tramp Zelenskiyə və Avropa liderlərinə seçkilərdə ona dəstək olmadıqları üçün nifrət edir və onları qorxu altında saxlayıb “quzuya çevirmək” üçün Rusiyaya bacardığı səviyyədə dəstək olacaq. Rusiyanın nüfuzunun qaldırılması üçün qonşulara və müttəfiqlərinə qarşı ərazi iddiası ilə çıxış edir, onlara ticarət müharibəsi elan edir. Ancaq bunu elə səviyyədə etməyə çalışır ki, ABŞ xalqı ona qarşı qiyam qaldırmasın.

Müsahibələrimin birində qeyd etmişdim ki, Ukraynanı bir dövlət kimi yalnız ABŞ xalqı Trampa təzyiq etməklə xilas edə bilər. Amma ən yaxşı ssenarilərdə belə Ukrayna böyük torpaq itkiləri ilə üzləşəcək. ABŞ isə etibarsız dövlət imicini bir az da gücləndirəcək və süqutunu yaxınlaşdıracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Mart 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri