Icma.az
close
up
RU
“ABŞ ilə müəyyən məsafə saxlamalıyıq” Qüdrət Həsənquliyev

“ABŞ ilə müəyyən məsafə saxlamalıyıq” Qüdrət Həsənquliyev

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Sfera.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Belçikanın paytaxtı Brüssel şəhərində “İslam dünyası 2025-Belçika krallığında və Avropada" konfransı barədə təəssüratlarınızı oxucularımızla bölüşməyinizi xahiş edirik.

- Belçika krallığında 2025-ci il islam dünyası ili elan olunub. Konfransı İCESCO, Qafqaz müsəlmanları idarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təşkil etmişdi. Azərbaycanın tanıdılması, islam dininin və multikulturalizmin Azərbaycan modelinin təbliği baxımından tədbir çox əhəmiyyətli idi. Buna görə təşkilatçılara öz təşəkkürümü bildirirəm. Avropa Parlamentində keçirilən dəyirmi masada və konfransda, konfrans üzvləri də digər qonaqlar üçün açılmış ehsan süfrəsi arxasında nümayəndə heyətinə rəhbərlik edən Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə geniş məruzələrlə çıxış edib, Azərbaycanda dövlət-din münasibətləri, fərqli mədəniyyətin daşıyıcıları olan xalqların və etnik qrupların ölkəmizdə birgə yaşayışı, cəmiyyətimizdə mövcud olan tolerantlıq və sivilizasiyalararası dialoq, Azərbaycan Respublikası Prezidentinin, Birinci vitse-prezidentin bu məsəyə göstərdiyi diqqət, torpaqlarımızın erməni vandalları tərəfindən işğalı və islam abidələrinin, şəhər və qəsəbələrimizin dağıdılması barədə geniş məlumat verdi. Bəhreyndə başladılmış islam dinində aparılmalı olan islahatlardan, islam dininin multikulturalizmə verdiyi töhfələrdən danışdı. Konfransda mən və həmkarım Cavanşir Paşazadə, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri də daxil olmaqla çıxış etdik, ölkəmizin Qərbin yürütdüyü ikili standartlardan əziyyət çəkməsindən, qaçqınlarımızdan, Ermənistanın sülh sazişi imzalamaqdan yayınmasından, dini ekstremizmə qarşı aparılan uğurlu mübarizədən danışdıq, dəyirmi masa iştirakçılarını hər şeyi öz gözləri ilə görmələri üçün Azərbaycana dəvət etdik.

- Qüdrət bəy, mətbuatda Azərbaycanın ABŞ-dəki səfiri ABŞ-ni Azərbaycanın strateji müttəfiqi adlandırıb və strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazır olduğumuzu bildirib. Siz isə mətbuata bildirmişdiniz ki, ABŞ ilə əməkdaşlıq etməli, amma onunla nə dost, nə də düşmən olmamalıyıq. Bu məsələyə də münasibətinizi bilmək istərdik...

- Son 10 illiklər ərzində ABŞ cəmiyyəti tam olaraq ikiyə parçalanıb.Tramp administrasiyası özündən öncəki administrasiyanın ABŞ dövləti adından imzaladığı sənədləri, müqavilələri tanımır. Sanki administrasiyalar ayrı-ayrı dövlətlərdir. Bugünkü Tramp administrasiyası demokratlarla yaxınlıq etmiş siyasətçiləri, hətta ayrı-ayrı dövlət rəhbərlərini təqib və təhdid edir. Zelenski nümunəsi gözümüz önündədir. O, Baydenlə 2024-cü ilin iyununda təhlükəsizliyə dair 10 illik saziş imzalamışdı. Amma bu gün Tramp onu aşağılayır və kapitulyasiyaya məcbur edir. Biz Trampla dostluq etsək sabah başqa bir ABŞ prezidenti də Trampla saziş imzaladığımıza görə bizi incidəcək. ABŞ siyasi sistemində qütbləşməyə son qoyulmayana, beynəlxalq hüquqa və öhdəliklərə ciddi əməl olunmayana, siyasi sistemdə islahatlar aparılmayana qədər bu ölkə ilə müəyyən məsafə saxlamalıyıq. Həm də açıqlama verməmişdən öncə diplomatik kanallarla ABŞ-nin mövqeyini öyrənmək lazımdır. Onlar buna hazır deyilsə yüngülsaqqal olub özümüzə problem yaratmağa dəyməz. Qonşularımızın, müttəfiqlərimizin bu məsələyə nə dərəcədə həssas yanaşacağını da nəzərə almalıyıq. Zelenski də NATO ölkələri Ukraynanı öz sıralarına qəbul etməyə hazır olmadığı halda Ukraynanın NATO-ya üzv olmasını istəyirdi. Biz gözləməliyik ki, ABŞ bizimlə strateji müttəfiqliyə dair saziş imzalamaq istəyirsə özü belə təşəbbüslə çıxış etsin. Amma ABŞ etibarlı tərəfdaş olmadığından (Ukrayna gözümüzün önündədir) mən bunun təhlükəli olduğunu növbəti dəfə xatırladıram. Rusiyanın istəyi ilə ABŞ bu bölgədən tamamilə çıxa bilər. Rusiya- ABŞ danışıqlarının sonunu gözləmək lazımdır.

- ABŞ-də BMT-dən çıxmağa dair qanun layihəsinin Konqresə təqdim olunması barədə informasiyalar yayılıb. Bu məsələyə münasibətiniz necədir?

- BMT əhəmiyyətsiz diskussiya klubudur. Torpaqlarımız işğal olunanda, Ermənistanda etnik təmizləmə aparılanda, Xocalı soyqırımı törədiləndə biz bunu görmüşük. Dünyada sülhə və təhlüksizliyə ən böyük təhdid də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən gəlir. ABŞ BMT-nin yenidən təşkili ideyası ilə çıxış etsəydi daha yaxşı olardı. ABŞ BMT-dən çıxacağı halda, bunu edən ikinci ölkə biz olmalıyıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Mart 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri