ABŞ etirazları qəddarlıqla yatırmasına görə İrana qarşı sanksiyaları artırıb
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, repressiyalarda və qanunsuz neft gəlirlərində iştirak edən təhlükəsizlik rəsmilərinə və maliyyə qurumlarına yeni məhdudiyyətlər tətbiq edilib.
Sanksiyalar digərləri ilə yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə də şaıil olunub. Xarici Aktivlərə Nəzarət İdarəsi bildirib ki, o, Ali Lider Ayətullah Əli Xamenei adından etirazların yatırılmasını koordinasiya edib və nümayişçilərə qarşı zorakılığa açıq şəkildə çağırış edib.
ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, "Amerika Birləşmiş Ştatları azadlıq və ədalət çağırışlarında İran xalqının yanındadır".
Sanksiyalar həmçinin ixrac əməliyyatlarında iştirak edən yüksək vəzifəli məmurları və qurumları da hədəfə alıb. Həmçinin çirkli pulların yuyulmasında iştirak edən 18 şəxs və qurumu da sankisyaya məruz qalanların siyahısına daxil edib.
Sanksiya tətbiq edilən şəxslərin ABŞ daxilindəki bütün aktivləri bloklanacaq. Bundan əlavə, OFAC-ın icazəsi olmadan hər hansı əməliyyat qadağan olunacaq.
Qadir, Bizimyol.info
Baxış sayı:43
Bu xəbər 16 Yanvar 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















