Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ASAN  tabeliyində “İNNOVASİYALAR MƏRKƏZİ” tərəfindən süni intellekt əsaslı Səsli Agentin və Zənglərin Süni İntellekt əsaslı Təhlili Platformasının qurulması və tətbiqi ilə bağlı tender elan edilib.

Gununsesi.info bildirir ki, Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz məsələyə belə münasibət bildirib:məsələyə belə münasibət bildirib:

“Anlaşıqlı desək, bu xidmət ASAN -nın  çağrı mərkəzinin vətəndaş müraciətlərini süni intellektlə avtomatik cavablayan səsli agentin qurulmasını, zənglərin mətnə çevrilərək analiz edilməsi və bütün prosesin mövcud sistemlərlə inteqrasiya olunmuş şəkildə tətbiqi üçün kompleks, analitik bir  AI platformasının alınmasını nəzərdə tutur.

Tender üzrə ehtimal olunan qiymət 1.200.000 manatdır.

Dərhal qeyd etmək lazımdır ki, bu, faydalı və zəruri bir addımdır. Uzun müddətdir ASAN tərəfindən də bu istiqamətdə işlərin aparıldığı bildirilirdi. Görünən odur ki, artıq bu sahədə real və praktik addımlar atılmağa başlanıb.

Ümumilikdə, dövlət qurumları tərəfindən çağrı mərkəzi xidmətlərinin avtomatlaşdırılması, süni intellekt əsaslı səsli agentlərin tətbiqi və zənglərin AI ilə təhlili platformalarının yaradılması doğru yanaşmadır.

Bu, dövlət sektorunda süni intellektin artıq konseptual müzakirə mərhələsindən çıxaraq real xidmət səviyyəsində tətbiqinə keçdiyini göstərir. Qeyd edim ki, bu, ilk hal deyil – son illərdə artıq bir neçə dövlət qurumu, İN, DOST və digər dövlət qurumları oxşar məzmunlu tenderlər keçirib, bəziləri isə daxili resursları hesabına AI əsaslı çağrı mərkəzi həlləri qurmağa başlayıblar.

Həmçinin ABB-də, Azercell-də və digər özəl qurumlarda da artıq belə həllər var”.

Osman Gündüz əlavə edib ki, AI əsaslı çağrı mərkəzləri vətəndaş müraciətlərinə daha sürətli cavab verməyə, operatorların yükünü azaltmağa, xidmət keyfiyyətini ölçməyə və problemləri analitik əsaslarla aşkarlamağa imkan yaradır:

“Texniki tələblərdə mənbə kodunun, modelin və datanın ötürülməsinin nəzərdə tutulması da müsbət və təqdirəlayiq yanaşmadır.

Lakin əsas problem məhz bu mərhələdə ortaya çıxır.

Düşünürəm ki, dövlət qurumlarında AI əsaslı çağrı mərkəzlərinin yaradılması prosesi daha səmərəli və koordinasiyalı şəkildə təşkil oluna bilərdi.

Əlbəttə, hər bir dövlət qurumunun xidmətləri, normativ bazaları, təlimatları və s. spesifikdir.

Amma burada elə modullar və komponentlər var ki, onların mərkəzləşdirilmiş formada əldə edilməsi və dövlətə məxsus vahid , mərkəzləşmiş platforma üzərindən qurumlara təqdim olunması həm maliyyə, həm də texnoloji baxımdan daha düzgün olardı. Bu yanaşma eyni zamanda vahid dövlət süni intellekt infrastrukturunun formalaşmasına da ciddi töhfə verə bilərdi”.

Osman Gündüz hesab edir ki, bu cür model sayəsində Azərbaycan dili üçün son dərəcə dəyərli olan səs dataları mərkəzləşdirilmiş formada toplanar və təhlükəsizliklə fərdi məlumatların qorunması sahəsində vendor asılılığı riski minimuma enər:

“İstənilən halda, ayrı-ayrı dövlət qurumları tərəfindən dövlət xidmətlərinin süni intellekt əsasında təqdim edilməsi, müraciətlər üzrə analitik təhlillərin aparılması təqdirəlayiq və vacib addımlardır. Əsas məsələ bu addımların vahid strategiya və koordinasiya çərçivəsində davam etdirilməsidir”.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see191

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see168

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see147

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see140

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri