Pəncablı nazir: Hindistanda siqh və digər azlıqlar hələ də təzyiqlərə məruz qalırlar
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Belə möhtəşəm bir tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürümü bildirirəm. Bugünkü tədbirin mövzusu Hindistanda baş verən hadisələr, xüsusilə də azlıqların və Hindistanda yaşayan siqh icmasının üzləşdiyi problemlər idi. Müzakirələr zamanı 1984-cü il qətliamı, Qızıl Məbədə edilən hücum, eləcə də Hindistanda, o cümlədən Amritsar və Dehlidə siqh ailələrinə qarşı həyata keçirilən təqiblər gündəmə gətirildi. Təəssüf ki, Hindistanda bu cür hadisələr hələ də baş verməkdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Pəncab Əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora söyləyib.
O qeyd edib ki, Hindistan tarixinə nəzər saldıqda çoxsaylı insident və hadisələrlə qarşılaşırıq. Bu hadisələrin arxa planını araşdırdıqda isə, təəssüf ki, onların Hindistan hökuməti tərəfindən dəstəkləndiyi aydın olur.
“Bu gün burada Kanada, Böyük Britaniya, Avropa və Pakistandan olan siqh diasporunun nümayəndələri iştirak edirlər. Biz Hindistanda insan hüquqları sahəsində baş verənləri, xüsusilə siqh icmasının, eləcə də digər azlıqların - müsəlmanların, dalitlərin və xristianların üzləşdiyi problemləri müzakirə etmək üçün toplaşmışıq. Son dövrlərdə Hindistanda baş verən hadisələrə nəzər saldıqda, Kəşmir və Qucaratda müsəlmanların, eləcə də xristianların ciddi təzyiqlərə məruz qaldığını görürük. Təkcə son Milad bayramı zamanı ölkədə 700-dən çox insident qeydə alınıb.
Hindistanda xristian icmasına dini mərasimlərini öz inanclarına uyğun şəkildə icra etməyə imkan verilməyib. Eyni zamanda, siqh icması 1984-cü il hadisələri və digər qanunsuz edamlarla bağlı ədalət tələb edir. Buraya, həmçinin uzun illərdir həbsdə saxlanılan siqh icması üzvləri də daxildir,” – deyə R.S.Arora vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 16 Yanvar 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















