Icma.az
close
up
RU
Lantos Komissiyası ABŞ a qarşı

Lantos Komissiyası ABŞ a qarşı

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənipərəst konqresmenlərin “çarəsiz çırpıntıları”...

Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət kursu Cənubi Qafqaz üçün yeni gələcək formalaşdırmaqdadır. Regionun yeni inkişaf trayektoriyası isə müstəqil və milli maraqlara əsaslanan əməkdaşlıq platformalarının yaranması ilə start götürə bilər - bunun üçün ən vacib və ilkin şərt sülhdür. Sülh prosesinin həm müəllifi, həm də təşəbbüskarı qalib Azərbaycan dövlətidir. Bu amil istər regional,  istərsə də qlobal oyunçuların diqqətindən yayınmır. Azərbaycanın bölgənin gələcəyi üçün separatizmə son verməsi, ticarət xəttinin təhlükəsizliyinin təmini ilə bağlı addımları, paralel olaraq əməkdaşlıq platformalarının qurulması yönündə fəaliyyəti təqdir olunur. Bütün dövlətlər, təşkilatlar ölkəmizin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və tanıyır. Yeri gəlmişkən, bu amil ötən ay ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda da yer almışdı - ABŞ-ın dövlət başçısı öz məktubunda bildirirdi ki, “Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm... Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Bu, ABŞ Prezidentinin rəsmi mövqeyidir. Bu mövqe həm də ötən illərdə Bayden-Blinken adminstrasiyasının ermənipərəst, hətta separatizmə dəstək verən siyasətini ifşa və yerlə-yeksan edir. Maraqlıdır ki, Donald Trampın bu açıq və Amerikanın maraqlarına uyğun siyasəti isə ermənipəsəst qüvvələri yenidən narahat edib - bunun nəticəsidir ki, onlar növbəti dəfə “yığışaraq” özlərini gülünc vəziyyətə qoyublar...

Ermənilər yenə “baş rolda”...

Belə ki, ABŞ-dakı “erməni qazanı”nın “çömçəsi” rolunu oynayan Konqresin Tom Lantos İnsan Haqları Komissiyası diqqət mərkəzinə düşmək üçün yenidən “dinləmə” keçirib. Xatırladaq ki, Donald Trampın Azərbaycana olan müsbət münasibətindən qıcıqlanan ermənipərəst konqresmenlər cəmisi 3 ay öncə dövlət katibi Marko Rubioya bir “məktub” ünvanlamışdılar - məktubu cəmi 4 konqresmen imzalamışdı. Bu rüsvayçılığın “ardını” gətirmək üçün “səfərbər olan” konqresmenlər bu dəfə də öz ölkələrinin milli maraqlarına əks mövqe tutaraq erməni separatizminin dəstəkçisi kimi “meydana çıxıblar”. “Dinləmələr”də çıxış edənlər arasında komissiyanın Rusiya və Avrasiya proqramının demokratiyanın inkişafı üzrə milli fondunun direktoru Azərbaycanofob, türkofob Miriam Lanski daha çox canfəşanlıq göstərib. Hətta erməni təşkilatının rəhbərləri ilə yanaşı, “dinləmələr”ə Qarabağda keçmiş separatçı rejimin “keçmiş dövlət naziri” Artaq Beqlaryan və Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Ambaryan da dəvət olunub. Hər ikisi çıxışında ABŞ-ı Azərbaycana qarşı sanksiyalar qəbul etməyə, Qarabağı könüllü tərk edən erməni sakinlərin geri qayıtması üçün təzyiq göstərməyə çağırıblar. Hətta Beqlaryan iddia edib ki, “beynəxalq təşkilatlar - Freedom House və digərləri Qarabağda baş verənləri etnik təmizləmə və soyqırımı kimi qiymətləndirib”. Beqlaryan “Artsax xalqının soyqırımı” haqqında danışıb və Azərbaycana yardımların dayandırılmasını tələb edib. Məlumat üçün deyək ki, özünü gah “dövlət naziri”, gah da “ombudsmanı” adlandıran şəxs əslində terrorçuların və separatçıların təbliğat səslərindən biri idi.

Smitdən özünüifşa...

“Dinləmə”nin mərkəzində yer alan “sima” isə hər kəsə tanışdır - məşhur konqresmen Kris Smit. Ermənipərəst toplantıda çıxış edən Smit yenə də öz ampluasına “sadiq” qalaraq növbəti dəfə min bir yalan üzərindən ölkəmizə qarşı əsassız iddialar irəli sürüb. O yenə də özündən “erməni siyasi məhbuslar” və ya “hərbi əsirlər” icad edir, onların “azadlığını” labüd sayır. Arxasınca isə Smit növbəti dəfə yalanlara “bürünərək” guya Qarabağda hansısa “erməni mədəni irsi” haqda bəhs açır. Yenə də Bakıda məhkəməsi gedən və konkret cinayətlərdə ittiham olunan müttəhimlərlə bağlı məsələyə “toxunan” Smit ən sonda özünü ifşa edib. O deyib ki, “konqresmenlər “erməni məhbusların” azad edilməsinə nail olmaq, həmçinin bu məsələnin ABŞ dövlət katibi Marko Rubioya çatması üçün hər şeyi etməlidirlər”.

Bəli, əslində Smit özü özünün cavabını verib - demək ki, ABŞ dövləti və Marko Rubio üçün bu və bu kimi məsələlər aktuallıq kəsb etmir. ABŞ-ın xarici siyasət ştrixləri arasında belə məsələlər yer almır. Sadəcə, ermənipərəst konqresmenlər zorla bu qondarma məsələni ABŞ siyasi elitasının “gündəmi” kimi qələmə verməyə çalışır. Bundan böyük özünüifşa ola bilməzdi...

Ənənəvi amplua...

Bu kimi anti-Amerikan addımlar artıq Tom Lantos “qrupu”nun ənənəvi peşəsinə çevrilib. Qeyd edildiyi kimi, Bayden-Blinken administrasiyası dövründə daha da fəallaş(dırıl)an Lantos komissiyası “separatizmə yenidən süni nəfəs verməyə” niyyətlənmişdi. Məsələn, ötən ilin sentyabrında Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” mövzusunda dinləmə keçirmişdi və bu dinləmədə keçmiş separatçı rejimin nümayəndələri, o cümlədən “artsax respublikasının ombudsmanı” kimi təqdim edilən Geqam Stepanyan da iştirak etmişdi. Bir az daha geriyə baxsaq, 2020-ci il Vətən müharibəsi zamanı Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini, həmçinin müharibədəki qələbəsini pisləyən bəyanatlar verirdi. Hətta komissiyanın fəaliyyətininin əlaqələndirilməsində USAID rəhbəri Samanta Pauerin “fəaliyyəti” xüsusi qeyd edilirdi. Onun Lantos Komissiyasındakı çıxışları zamanı Ermənistanın Azərbaycanın mülki obyektlərinə hücumları haqqında bir kəlmə də danışılmırdı, tam əksinə, yalan təbliğatla Ermənistana “zərərçəkmiş” donu geyindirilməyə çalışılırdı. Komissiya 2021-ci ildə Qarabağdakı separatçı xuntaya yardım proqramlarının təşviqinə belə başlamışdı. Məhz ABŞ-ın Maliyyə Yardımı Proqramları və Lantos Komissiyası vasitəsilə Qarabağdakı separatçılara yardımların artırılması ilə bağlı çağırışlar edilirdi. Bu yardımlar isə bölgədə “öz marağına uyğun” status -kvonun qorunmasına çalışmaq demək idi. Komissiyanın erməni lobbi qrupları ilə əlaqələri isə gizlin deyil. Lantos Komissiyası erməni lobbi qrupları, xüsusilə Amerika Erməni Milli Komitəsi (ANCA) ilə sıx əlaqələr saxlayır. Lobbi qrupları zaman-zaman komissiyaya Ermənistanın və erməni diasporunun maraqlarını təbliğ edən “təkliflər” təqdim edirlər.

Kris Smit adı da Azərbaycan oxucusuna yaxşı tanışdır. Onun fəal iştirakı ilə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilmiş 907-ci düzəlişlə Amerikanın Azərbaycana birbaşa yardımına qadağa qoyulub. Kris Smit ABŞ-nın “erməni soyqırımı”nı tanınması ilə bağlı ən çox fəallıq göstərən bir konqresmendir. Hətta 2015-ci ilin  aprelində qondarma “erməni soyqırımının 100 illiyi” dinləməsi üzrə Helsinki komissiyasını belə təşkil etmişdi. Ardından isə “Azərbaycan demokratiya aktı” layihəsini irəli sürmüşdü ki, bu da ölkəmizə qarşı ən mühüm antiimilli iddialardan biri sayıla bilərdi.

“Lantos”un ikili “üzü”...

Lantos Komissiyasının bu kimi tədbirlərə “imza atması” eyni zamanda bir neçə məqama da diqqət yetirilməsini tələb edir. İlk növbədə, onların bu mövqeyi açıq şəkildə öz dövlətlərinin mənafeyinə qarşı hücum deməkdir. Erməni maraqlarına bürünərək ABŞ-ın mövqeyini zərbə altında qoyan belə “konqresmenlər”in hansısa maliyyə mənbəyindən qidalandığı sirr deyil - araşdırma aparılsa, onların da Bob Menendez kimi fərqli ermənipərəst mənbələrdən qidalandığı ortaya çıxar.

Eyni zamanda, bu “addım” Azərbaycan və Türkiyə ilə münasibətlərin müsbət məcrada inkişafı üçün addımlar atan Donald Trampa qarşı sabotajdır - məlumdur ki, Tramp öz ölkəsinin maraqlarını daha yüksək dəyərləndirir və ermənilərə süni dəstək vermir, qondarma “soyqırımı” tanımır. Bu səbəblərdən də Lantos Komissiyası kimi qrupların bir fəaliyyəti də anti-dövlət “statusu” daşıyır.

Nəhayət, Lantos Komissiyası adında ifadə olunan “İnsan Haqları” predmetinə xəyanət edir. İnsan hüquqları məsələsini özünün siyasi manipulyasiya alətinə çevirən bu qrup ötən 30 il ərzində bir dəfə də olsun Qərbi Azərbaycandan zorla qovulan soydaşlarımızın hüquqlarının müdafiəsinə qalxmayıblar, bunu görməzdən gəliblər. Qarabağı öz xoşu ilə, könüllü şəkildə tərk edən ermənilər üzərindən siyasi oyunlar oynayan bu qrup yüzminlərlə azərbaycanlının hüquqlarının müdafiəsi üçün bir addım belə atmayıb...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see228

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see159

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see150

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see141

“Qalatasaray” Davinsona yeni müqavilə təklif edəcək

02 May 2025 10:21see130

Sel körpünü dağıtdı

02 May 2025 03:01see126

Rubiodan İrana XƏBƏRDARLIQ: “Dayandırın…” KONKRET

02 May 2025 20:57see125

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see124

Tramp bu kanalların maliyyəsini dayandırdı

02 May 2025 11:48see123

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see122

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see122

Dollar bu gün neçəyə satılacaq?

02 May 2025 09:32see121

İki ildə göndərdiyi 6 məktubun heç birinə cavab vermədi

02 May 2025 10:02see120

Polşanın bir limanına 20 mindən çox NATO əsgəri gətirilib

02 May 2025 08:14see120

Afaq narıncıya büründü Fotolar

02 May 2025 09:41see116

Kəpəz də qalmaqal: Baş məşqçi komandanı meydana çıxartmaq istəmir

02 May 2025 11:57see115

Ali məktəblərə ərizə qəbulu: Artıb, ya azalıb?

02 May 2025 11:33see115

Bakıda dərs vaxtı şagirdi döyüb qolunu sındırdılar FOTO

02 May 2025 09:13see113

Koroğlu da nasaz avtomobilə görə bir neçə maşın qəza törətdi HADİSƏ ANI

02 May 2025 10:23see112

Türk dünyasının liderləri Avropada TOPLAŞIR

02 May 2025 13:01see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri