Icma.az
close
up
RU
ABŞ gəldi, masanı qurdu, qaydaları yazdı... Tarix təkrar olunur?

ABŞ gəldi, masanı qurdu, qaydaları yazdı... Tarix təkrar olunur?

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Ukraynanın ərazi güzəştləri ilə bağlı müzakirələr yalnız Moskva, Kiyev və Vaşinqton arasında keçirilməlidir".

Bunu Polşa Prezidenti Karol Navrotski deyib. Onun sözlərinə görə, Avropa bu danışıqlarda yer almamalıdır. Navrotski Polşanın prosesdə iştirak etməməsini isə Baş nazir Donald Tuskun Qərb tərəfdaşları arasında zəifləyən mövqeyi ilə əlaqələndirib. O, eyni zamanda Ukrayna münaqişəsinin həlli üçün ABŞ, Rusiya və Ukrayna nümayəndələri ilə birgə danışıqlarda iştirak etmək istədiyini bildirib.

ABŞ-Rusiya-Ukrayna formatının önə çıxması Avropanın regional təhlükəsizlikdə rolunun zəiflədiyini göstərirmi?

Redaktor.az-ın sualına cavab olaraq siyasi şərhçi Tural İsmayılov Navrotskinin dediklərinin təsadüfi emosional çıxış deyil, Avropanın oyundan kənarlaşmasının etirafı olduğunu bildirdi.

"Ukrayna kimi Avropanın qapısında gedən müharibə ilə bağlı əsas danışıqların ABŞ-Rusiya-Ukrayna formatına sıxışması onu göstərir ki, Avropa artıq təhlükəsizlik subyekti yox, şərhçi statusuna düşür. Söz var, amma çəkisi azdır. Bu, köhnə qitə üçün ciddi siqnaldır. Burada əsas problem Avropanın özüdür. Avropa İttifaqı vahid siyasi iradə ortaya qoya bilmir, təhlükəsizlik məsələlərində hələ də Vaşinqtonun çətirinə sığınıb. Tarixən belə olub, amma indi dövr dəyişib: güc balansı yenidən qurularkən söz masa arxasında yox, real təsir imkanlarında çəkilir. ABŞ bu imkanlara sahibdir, Rusiya güc dili ilə oynayır, Ukrayna isə birbaşa tərəfdir. Avropa isə prosedur, bəyanat və daxili çəkişmələr arasında itib. Navrotskinin Donald Tuskla bağlı eyhamı da daxili Polşa siyasətinin güzgüsüdür. Varşava anlayır ki, Brüsseldə güclü mövqeyin yoxdursa, böyük masaya da çağırılmırsan".

Politoloqun fikrincə, ABŞ-Rusiya-Ukrayna formatının önə çıxması Avropanın strateji yetkinlik problemini üzə çıxarır: ordu zəif, qərar ləng, məsuliyyət bölünmüşdür.

"Düzünü deyim, bu vəziyyət yeni deyil. Avropa Yuqoslaviya böhranında da eyni mənzərə yaşamışdı. Sonda yenə ABŞ gəldi, masanı qurdu, qaydaları yazdı. Tarix təkrar olunur, sadəcə dekor dəyişib. Avropa güc olmaq istəyirsə, əvvəlcə təhlükəsizlik məsələlərində öz kölgəsindən çıxmalıdır. Əks halda, regional təhlükəsizlikdə rolunu itirməsi yox, artıq itirdiyini qəbul etməsi qalır", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri