ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Amerika Birləşmiş Ştatları noyabrın 3-də Konqresdə baş tutacaq aralıq seçkidən sonra İrana qarşı ehtimal olunan "qısamüddətli və intensiv hərbi əməliyyatlar" haqqında Fars körfəzindəki bəzi dövlətlərə xəbərdarlıq göndərib.
Moderator.az xəbər verir ki, bu məlumatı öz mənbələrinə istinad edərək "The Wall Street Journal" nəşri paylaşıb.
Qeyd olunub ki, Pentaqon Yaxın Şərqdə təhlükə riski daşıyan hərbi bazalardan amerikalı hərbçiləri artıq təxliyə edib. Regiondakı ABŞ Silahlı Qüvvələri silah-sursat ehtiyatlarını yeniləyir, həmçinin bombardmançı və qırıcı təyyarələr hücuma hazır vəziyyətə gətirilir.
Nəşrin verdiyi məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlara yenidən başlamaqla bağlı hələ tam qərarını verməyib. Bununla belə, o, seçki prosesindən sonra hədəfində İranın infrastruktur və nüvə obyektləri olacaq genişmiqyaslı hücumun təşkilinə daha çox meyillidir. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Oktyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















