Podolyakın qardaşı rus ordusunun tərkibində vuruşub
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın böyük qardaşı, 59 yaşlı Vladimir Podolyak Rusiya ordusunun tərkibində döyüşüb və 2024-cü ildə Zaporojye vilayəti ərazisində ölüb.
Axar.az xəbər verir ki, bu barədə "Killed in Ukraine" layihəsi Rusiya Federal Dövlət Statistika Xidmətinin "Silent Crow" hakerləri tərəfindən ələ keçirilmiş sənədlərinə istinadla məlumat yayıb.
Sənədlərdə qeyd olunub ki, Vladimir Podolyak 2024-cü ilin mayın 19-da Zaporojye vilayətinin Kirillovka kəndi ərazisində öldürülüb. Ölüm səbəbi isə kəllədaxili zədələnmə, hərbi əməliyyatlar nəticəsində alınan xəsarətlər kimi göstərilib.
Onun məzarında ölüm tarixi, Rusiya ordusunun polkovniki rütbəsində olan fotosu həkk olunub.
Qeyd edək ki, Mixail Podolyak 2021-ci ildə verdiyi müsahibələrinin birində qardaşı ilə münasibətinin olmadığını demişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Noyabr 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















