ABŞ həbsxanaları narkotik daşıyan dronlar üçün “miniaeroportlara“ çevrilir
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-də federal hakimiyyət orqanları federal həbsxanalara dronlar vasitəsilə qaçaqmalçılığın qarşısını almaq üçün tarixdəki ən böyük əməliyyatı keçirib.
Moderator.az-ın "Wall Street Journal" nəşrinə istinadən yaydığı xəbərə əsasən, onlarla insan ABŞ-nin ən azı on islah müəssisəsinə silah, mobil cihazlar, narkotik vasitələr və qaçış üçün nəzərdə tutulan alətlərin ötürülməsini təşkil etməkdə təqsirləndirilib.
Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agenti Marlo Qremin sözlərinə görə, bəzi həbsxanalarda dronlar o qədər tez-tez uçur ki, axşamlar bu, "kiçik aeroportun" işini xatırladır. Araşdırma zamanı 38 epizod aşkarlanıb. Qruplaşma Luizianadan Virciniyaya qədər fəaliyyət göstərərək Çin şirkətinin istehlakı dronlarından istifadə edib.
Bütövlükdə, Federal Həbsxanalar Bürosu tərəfindən 2024-cü il ərzində dronların əraziyə 479 qanunsuz daxilolma halı qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə bu göstərici cəmi 23 dəfə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 29 İyun 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















