Icma.az
close
up
RU
Şərqi Avropa ABŞ üçün “bufer”ə çevrilir

Şərqi Avropa ABŞ üçün “bufer”ə çevrilir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qoca qitə”də yenidən “soyuq müharibə” havası duyulur

Qlobal təhlükəsizlik sistemində yeni və mürəkkəb mərhələ başlayır. Ekspertlər ABŞ Prezidenti Donald Tramp administrasiyasının Almaniyadakı hərbi kontingentin bir hissəsinin çıxarılması ilə bağlı qərarının NATO daxilində illərlə qorunan strateji balansı sarsıdacağı ehtimalını irəli sürürlər.

Çünki Vaşinqtonun addımı Avropanın təhlükəsizlik memarlığını dəyişdirə biləcək geosiyasi mesaj kimi qiymətləndirilir. Elə bu səbəbdən NATO-nun Şərqi Avropa cinahında yerləşən ölkələr – Polşa, Litva, Latviya, Estoniya və Rumıniya ABŞ qoşunlarını öz ərazilərinə cəlb etmək uğrunda diplomatik yarışa başlayıblar. Proses ilk baxışdan hərbi dislokasiya məsələsi kimi görünsə də, məsələnin arxasında daha dərin siyasi və geosiyasi hesablamalar dayanır. Şərqi Avropa ölkələri yaxşı anlayırlar ki, ABŞ hərbi bazalarının, yəni müasir hərbi kontingentin daimi mövcudluğu təhlükəsizlik zəmanətindən əlavə, həm də siyasi nüfuz, iqtisadi üstünlük və regional çəkidə artım deməkdir. Yəni ABŞ ordusu hansı ölkədə yerləşirsə, həmin dövlətin Vaşinqton üçün strateji əhəmiyyəti çoxalır.

Uzun illər Almaniya ABŞ-ın Avropadakı əsas hərbi dayağı olub. Soyuq müharibə dövründən başlayaraq bu ölkədəki ABŞ bazaları Vaşinqtonun Avropadakı strateji nəzarət mexanizminin əsas sütunlarından biri hesab edilirdi. Ramştayn bazası, ABŞ Avropa Komandanlığının infrastrukturu və logistika şəbəkəsi NATO-nun kollektiv müdafiə sistemində mühüm rol oynayırdı. Lakin son illər Vaşinqton və Berlin arasında münasibətlərdə yaranan gərginlik bu strateji modelin dəyişməsinə gətirib çıxarıb. Donald Tramp hələ əvvəlki prezidentlik dövründə Almaniyanı NATO qarşısındakı maliyyə öhdəliklərini tam yerinə yetirməməkdə ittiham etmişdi. O hesab edirdi ki, ABŞ Avropanın təhlükəsizliyi üçün həddindən artıq maliyyə yükü daşıyır, Avropa dövlətləri isə Vaşinqtonun hərbi çətiri altında rahat şəkildə iqtisadi inkişaflarını davam etdirirlər. Tramp administrasiyası Almaniyanın enerji siyasətini də kəskin tənqid atəşinə tuturdu. Xüsusilə Rusiyadan qaz asılılığını artıran layihələr Vaşinqtonda ciddi narazılıq doğurur, ABŞ hesab edirdi ki, Berlin bir tərəfdən NATO çərçivəsində Rusiyanı təhlükə adlandırır, digər tərəfdən isə Moskva ilə iqtisadi əlaqələri genişləndirir.

Ona görə də NATO-nun Şərqi Avropa cinahındakı ölkələr Vaşinqton üçün alternativ platforma rolunu oynamağa başlayıblar. Polşa və Baltikyanı dövlətlər uzun illərdir Rusiyanı əsas təhlükə sayır və ABŞ-ın hərbi mövcudluğunu milli təhlükəsizliklərinin təminatı hesab edirlər. Xüsusilə Polşa son illərdə ABŞ-la hərbi əməkdaşlığı rekord səviyyəyə çatdırıb. Varşava milyardlarla dollar dəyərində Amerika silahları alır, müdafiə büdcəsini artırır və ABŞ qoşunlarının yerləşdirilməsi üçün yeni hərbi infrastruktur qurur. Polşa rəhbərliyi hesab edir ki, ABŞ ordusunun ölkədə daimi mövcudluğu Rusiyaya qarşı ən güclü çəkindirici amildir. Litva, Latviya və Estoniya isə coğrafi baxımdan daha həssas mövqedə yerləşirlər. Onlar Rusiyanın mümkün təzyiqlərindən ciddi şəkildə narahatdırlar və bu səbəbdən NATO daxilində ən sərt anti-Rusiya mövqeyi nümayiş etdirən dövlətlərə çevriliblər.

Maraqlıdır ki, bu ölkələr ABŞ qoşunlarını cəlb etmək üçün yalnız Rusiya təhlükəsi arqumentindən istifadə etmirlər. Onlar Vaşinqtonun Yaxın Şərq siyasətinə dəstək verməklə ABŞ administrasiyasının diqqətini qazanmağa çalışırlar. Bu vəziyyət NATO daxilində yeni siyasi dinamikanın formalaşdığını göstərir. Əgər əvvəllər Avropa dövlətləri daha çox regional təhlükəsizlik çərçivəsində əməkdaşlıq edirdilərsə, indi ABŞ-la münasibətlərdə “strateji sadiqlik” əsas amilə çevrilir. Yəni hansı ölkə Vaşinqtonun qlobal siyasətinə daha çox dəstək verirsə, həmin dövlət ABŞ-ın hərbi və siyasi diqqətini qazanacaq. Bu isə NATO daxilində parçalanma riskini artırır. Çünki Avropanın bütün dövlətləri ABŞ-ın İran siyasətini dəstəkləmir. Fransa və Almaniya kimi ölkələr Vaşinqtonun sərt xəttini riskli hesab edir və diplomatik həll variantlarına üstünlük verirlər. Nəticədə, NATO daxilində “ABŞ-a maksimum yaxınlaşanlar” və “məsafə saxlamağa çalışanlar” arasında siyasi bölünmə yaranır.

Son vaxtlar cərəyan edən hadisələr beynəlxalq münasibətlər sistemində yeni qarşıdurma xəttinin yarandığını göstərir. ABŞ, NATO və Rusiya arasında münasibətlər getdikcə daha sərt xarakter alır. Şərqi Avropada hərbi qüvvələrin cəmləşməsi, raket sistemlərinin yerləşdirilməsi və təhlükəsizlik ritorikasının sərtləşməsi yeni “soyuq müharibə” atmosferini xatırladır. Fərq ondadır ki, əvvəlki dövrdən fərqli olaraq indi qarşıdurma enerji, texnologiya, iqtisadiyyat və informasiya müstəvisində aparılır. NATO daxilində yaranan fikir ayrılıqları isə bu mürəkkəb mənzərəni daha da qəlizləşdirir.

Baş verən proseslər Avropa İttifaqında uzun illərdir müzakirə olunan “strateji muxtariyyət” ideyasını da yenidən gündəmə gətirib. Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Avropa təhlükəsizlik məsələlərində ABŞ-dan tam asılı olmamalıdır. Onun fikrincə, Avropa öz müdafiə sistemini qurmalı və müstəqil hərbi potensial formalaşdırmalıdır. Lakin Şərqi Avropa ölkələri bu yanaşmaya ehtiyatla yanaşırlar. Çünki onlar hesab edirlər ki, Avropanın təhlükəsizlik sistemində ABŞ-ı əvəz edə biləcək real güc yoxdur. Həmin ölkələr üçün Vaşinqtonun hərbi çətiri həyati əhəmiyyət daşıyır. Məhz buna görə Polşa və Baltikyanı ölkələr Avropa ordusu ideyasına skeptik yanaşır, NATO-nun əsas dayağının ABŞ olaraq qalmasını istəyirlər.

Sonda deyə bilərik ki, artıq Avropa və NATO daxilində iki fərqli təhlükəsizlik baxışı formalaşır. Bir tərəf ABŞ-dan müstəqil təhlükəsizlik sistemi qurmağa, digər tərəf isə Amerikanın Avropadakı hərbi mövcudluğunu artırmağa çalışır.

N.BEYDİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2026 04:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see700

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see435

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see261

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see231

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see224

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see209

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see207

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see206

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see197

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see194

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see194

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see192

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see187

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see184

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see180

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see179

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri