ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələri endirib
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələri endirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat verib.
CENTCOM-un açıqlamasına görə, hücum İranın Hörmüz boğazında kommersiya gəmisinə zərbə endirməsi ilə əlaqədar həyata keçirilib.
Məlumata əsasən, ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İranın təxminən 140 hərbi obyektinə zərbələr endirib.
“ABŞ qüvvələri yüksək dəqiqlikli sursatlardan istifadə etməklə İranın təxminən 140 hərbi hədəfinə zərbələr endirib. Hədəflər arasında İran raketləri və pilotsuz uçuş aparatlarının saxlanıldığı yerlər, Hərbi Dəniz Qüvvələrinə aid vasitələr, sursat anbarları, kommunikasiya şəbəkələri və sahil müşahidə məntəqələri olub”, – deyə CENTCOM-un paylaşımında qeyd olunub.
Komandanlıq bildirib ki, həftə ərzində həyata keçirilən üç hücum raundu zamanı ABŞ İranda ümumilikdə 300-dən çox hədəfə zərbə endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 12 İyul 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















