Icma.az
close
up
RU
ABŞ ı qarışdıran söz Şatdaun nədir və Trampla bağlı nələr baş verir?

ABŞ ı qarışdıran söz Şatdaun nədir və Trampla bağlı nələr baş verir?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Konqresi büdcəni təsdiqləmədiyi üçün hökumət fəaliyyətini qismən dayandırıb. Noyabrın 21-dək federal qurumları maliyyələşdirməyi nəzərdə tutan qanun layihəsi ABŞ Senatı tərəfindən rədd edilib. 44 senator qanun layihəsinin lehinə, 48 senator isə əleyhinə səs verib.

Hesab edirəm ki, mövcud situasiyanı anlamaq üçün ilk öncə həm şatdaunu (hökumətin fəaliyyətini dayandırması) anlamaq, həm də yaxın tarixə nəzər salmaq lazımdır. Şatdaun baş verdikdə bir çox federal qurumun fəaliyyəti qismən və ya tamamilə dayanır. Təsəvvür edin ki, minlərlə insan işə gəlir, amma maaş almır, ya da ümumiyyətlə işə buraxılmır. Mühüm hava limanlarında gecikmələr, milli parkların baxımsız qalması, bəzi sosial xidmətlərin dayanması kimi real və gündəlik həyatda hiss olunan çətinliklər yaranır. ABŞ-da bəzi insanlar maaş ala bilmədiklərinə görə kredit ödənişlərini, kirayə pulunu belə ödəyə bilmir.

ABŞ-da sonuncu şatdaun 2018-ci ilin 22 dekabrından 2019-cu ilin 25 yanvar tarixinədək davam edib. Bu, ABŞ tarixinin ən uzun şatdaunu hesab edilir. Maraqlıdır ki, Donald Trampın birinci prezidentlik dönəminə təsadüf edir.

Trampın Meksika ilə sərhəddə divar tikilməsi üçün Konqresdən 5,7 milyard dollar vəsait tələb etməsi, Demokratların isə bu vəsaitin ayrılmasına qarşı çıxmaları fonunda Konqresdə respublikaçılarla ciddi fikir ayrılığı baş verdi. Beləcə büdcənin təsdiqlənməsini əngəllədi.

Həmin vaxt Tramp geri addım atmalı oldu. Düzdür, müvəqqəti büdcə razılaşması imzalandı, amma Trampın istədiyi divar üçün vəsait olmadan. Yəni ABŞ-da şatdaun siyasi təzyiq vasitəsi kimi istifadə olunur.

Lakin bu dəfə vəziyyət 2018-2019-cu ildəkindən fərqlənir. Belə ki, bu qərarın BMT-nin Nyu Yorkda keçirilən sammiti və Trampın bir sıra liderlərlə görüşü fonunda verilməsi diqqət çəkir. Hətta bunun səbəbinin xüsusilə Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ərəb liderlərlə görüşündən qaynaqlandığı, Ankaraya verdiyi müsbət mesajlara görə bir növ “cəzalandırma” taktikası olaraq dəyərləndirilir.

Məsələnin üzdə görünən səbəbi siyasi qarşıdurma və daxili qütbləşmədir. Daha aydın şəkildə desəm, Respublikaçılar və Demokratların büdcə və xərclərlə bağlı istiqamət və prioritetləri fərqlidir. Demokratlar müəyyən sosial proqramların, səhiyyə subsidiyalarının qorunmasını tələb edirlər, Respublikaçılar isə xərclərin azaldılması və “əlavə tələblərin” olmaması prinsipini müdafiə edir.

Şatdaunun baş verməsində xarici və geosiyasi səbəblərin olması da mümkündür. Əslində, bu Tramp üçün sürpriz deyil. O demişdi ki, ABŞ hökumətinin fəaliyyətini dayandırması qaçılmaz deyil, lakin böyük ehtimaldır.

Mövcud şatdaunun pərdəarxasında İsrailin olması istisna edilmir. ABŞ Konqresində güclü yəhudi lobbi qruplarının mövcudluğu faktdır. Hətta buna görə İsrail faktoru ABŞ-ın daxili və xarici siyasətində çox güclü təsirə malik olur. Trampın son zamanlar atdığı addımlar, görünür, Təl-Əvivi bərk narahat edib.

Birincisi, Tramp 20 bəndlik Qəzza planını elan etdi. Planın İsrailə sərf etdiyi görünürsə də, Təl-Əvivdə narahatlıq yaradıb. Məsələn, Ərdoğan Trampın Qəzza planı ilə bağlı deyib ki, onun göstərdiyi səyləri və liderliyini təqdir edir.

“Tərəflərin qəbul edəcəyi ədalətli və qalıcı sülhün təmin edilməsi üçün Türkiyə olaraq bu prosesə töhfəmizi davam etdirəcəyik,” — Ərdoğan deyib.

Ərdoğanın açıqlamasından bu qənaətə gəlmək olar ki, bu plan Türkiyəni hələlik qane edir. Türkiyəni qane edən məsələnin İsrail maraqlarına uyğun olmadığı açıqdır.

İkincisi, Ərdoğan və Tramp arasında keçirilən görüşdə müdafiə sənayesi, xüsusilə F-35 proqramı müzakirə olunub. Ərdoğanın sözlərinə görə, yaxın günlərdə F-35-lərlə bağlı müsbət qərar verilə bilər.

İsrail üçün F-35 proqramı çox strateji əhəmiyyət kəsb edir, çünki bu təyyarələr İsrailin hava üstünlüyünü qorumasına kömək edir. Türkiyənin də bu proqramda iştirak etməsi və ya proqramla bağlı yumşalma olması İsrailin regiondakı üstünlük balansını dəyişə, təhlükəsizlik narahatlıqlarına yol aça bilər.

Xüsusilə Türkiyənin Rusiya ilə yaxınlaşması (S-400 sistemlərinin alınması) ABŞ-da narazılıq yaratmışdı. İndi Türkiyənin yenidən F-35 proqramına daxil olması və ya bu mövzuda müsbət siqnallar verməsi İsrail lobbiləri və ABŞ siyasətçilərini hərəkətə keçirməsi üçün ciddi əsasdır.

Göründüyü kimi, ABŞ-da şatdaunun səbəblərini anlamaq üçün yalnız büdcə qarşıdurmalarına baxmaq yetərli deyil. Daxili siyasi qütbləşmə ilə yanaşı, beynəlxalq münasibətlərdəki güc balansları, xüsusilə İsrailin maraqları, Türkiyə-ABŞ münasibətləri və Trampın Qəzza planı kimi faktorlar da mühüm rol oynayır. Bu hadisə həm daxildə, həm də xaricdə mürəkkəb siyasi oyunların nəticəsidir və sadə büdcə problemi kimi qəbul edilməməlidir. İsrailin öz maraqlarını qorumaq üçün ABŞ daxilində təzyiq vasitələrindən istifadə etməsi siyasi gərginliklərə, büdcə məsələlərində qarşıdurmalara, şatdauna səbəb ola bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri