Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Şatdaun nədir? ABŞ tarixində neçə şatdaun baş verib? Şatdaun Trampın impiçmentinə istiqamətləndirə bilər

Şatdaun nədir? ABŞ tarixində neçə şatdaun baş verib? Şatdaun Trampın impiçmentinə istiqamətləndirə bilər

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ hökuməti çox güman ki, demokratlarla fikir ayrılığı səbəbilə şatdaunla qarşı-qarşıya qalacaq”. Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens deyib. “Düşünürəm ki, hökuməti bağlayacağıq. Çünki demokratlar düzgün qərar qəbul etməyəcək”, - Vens ABŞ prezidenti Donald Trampın Ağ Evdə müxalifət liderləri ilə danışıqlarından sonra jurnalistlərə açıqlamasında deyib.

Bizimyol.info xəbər portalına danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, şatdaun adlandırılan Amerika ingilis termini ilə adlandırılan bu proses əslində ABŞ tarixində bu günə qədər olub.

Xəyal Bəşirov

“Şatdaun termini bağlamaq, bloklamaq, söndürmək kimi tərcümə olunur. Amma bu ölkədə siyasi proseslərlə bağlı büdcə məsələləri üzrə dövlət orqanlarının fəaliyyətinin dayandırılması deməkdir. Yəni büdcə məsələsinin razılaşdırılmamasına görə qanunvericilik hakimiyyətində büdcənin axımının dayanması ona gətirib çıxarır ki, dövlət orqanlarının fəaliyyəti dayandırılır.

Şatdaun ABŞ tarixində bu günə qədər 20 dəfə baş verib. İlk olaraq ötən əsrin 70-ci illərində yaşanıb. Ford prezident olarkən və ondan sonra həmin dövrdə bir neçə dəfə şatdaun baş verib. Sonra Cimi Karterin dövründə şatdaun yaşanıb. Bir neçə dəfə Ronald Reyqanın, Klintonun, ata Buşun və Barak Obamanın dövründə də şatdaunlar baş verib. Şatdaun, ən son Donald Trampın ilk dəfə hakimiyyətdə olduğu dönəmdə olub və Donald Trampın hakimiyyətdə olduğu dönəmdə artıq üç dəfə şatdaun baş verib”-deyə Xəyal Bəşirov qeyd edib.

Şatdaun nədir?

“ABŞ hakimiyyəti parlamenti iki palatalı sistemdən ibarətdir. ABŞ-ın qanunvericilik hakimiyyəti konqres adlanır. Konqres iki palatadan ibarətdir: Yuxarı və Aşağı palata. Yuxarı palata senatdır, Aşağı palata isə Nümayəndələr Palatasıdır.

Şatdaun daha çox respublikaçılar və yaxud demokratların hakimiyyətdə olduğu dönəmdə daha çox onların arasında Konqresdə, Senatda və Nümayəndələr Palatasında fikir ayrılığı olması ilə əlaqədardır. Hazırkı mərhələdə ABŞ-da bu fikir ayrılığı çox ciddi şəkildə mövcuddur. Respublikaçılarla demokratlar arasında çox böyük uçurum var.

ABŞ ştatlarında mövcud büdcə sistemi müvəqqəti büdcə sistemi idi. Mart ayında qəbul edilmişdi və ən son sentyabrın son gününə qədər qüvvədə idi. Sentyabrın son günü keçdi və ötən günlərdə tərəflər arasında yəni Donald Trampın rəhbərliyi altında respublikaçılarla demokratlar arasında Ağ Evdə ciddi müzakirələr getdi və razılıq əldə edilmədi”-deyə Xəyal Bəşirov bildirib.

Hansı məsələlərdə razılıq əldə edilmir?

Xəyal Bəşirov qeyd edib ki, Donald Trampın rəhbərliyi altında respublikaçılarla demokratlar arasında çox ciddi fikir ayrılıqları var: “Elə Cozef Bayden haqqında Donald Trampın səsləndirdiyi fikirlərə nəzərən deyə bilərik və kifayət qədər əsaslı şəkildə iddia edə bilərik ki, onlar arasında ciddi fikir ayrılıqları var. Bu fikir ayrılıqlarına həm daxili siyasətdə, həm də xarici siyasətdə, Rusiya-Ukrayna müharibəsi və s. aiddir. Amma büdcə məsələlərində fikir ayrılığı onunla bağlıdır ki, Demokratlar daha çox o məsələdə Respublikaçılarla, razılığa gələ bilmirlər. Bu da Demokratların tibbi sığorta ilə bağlı 350 milyard dollarlıq əlavələrin edilməsi və artımın qəbul edilməsi məsələsi ilə bağlıdır. Demokratlar tibbi sığorta sahəsində ABŞ səhiyyəsindəki problemləri görürlər və bu sahəyə 350 milyard dollarlıq əlavə büdcə ayrılmasını tələb edirlər. Respublikaçılar bunu qəbul etmirlər.

Digər məsələlərlə bağlı da fikir ayrılıqları var. Cinsi azlıqlarla bağlı, sosial ödənişlərlə bağlı, Ukraynaya hərbi və maddi yardımların artırılması ilə bağlı məsələlərdə də ciddi fikir ayrılığı var və bu məsələlərdə tərəflər razılığa gələ bilmirlər”.

“Şatdaun baş verdikdə, ABŞ-da büdcə ayırmalarının dayandırılması artıq dövlətin dövlət orqanlarının fəaliyyətinin dayandırılması anlamına gəlir. Dövlət üçün həyati əhəmiyyət kəsb edən bir sıra orqanlar istisna olmaqla, bütün orqanlarda fəaliyyət göstərən dövlət qulluqçuları büdcə ayırmaları dayandığına görə ödənişsiz məzuniyyətə getmək məcburiyyətində qalır. Dövlət orqanlarının fəaliyyəti dayandırılır, bu da dövlətə hər gün çox baha başa gəlir.

Ən uzun şatdaun məhz Donald Trampın hakimiyyətdə olduğu 2018-19-cu illərdə baş verib, 35 gün davam edib və səhv etmirəmsə, altı milyard dollara yaxın ABŞ-a başa gəlmiş, zərər vurmuşdu”-deyə Xəyal Bəşirov bildirib.

Politoloqun fikrincə, məhz bu səbəbdən də Donald Tramp maksimum dərəcədə xarici siyasətdə də fasilə verməyə çalışır və bununla bağlı artıq mövqeyini də bildirib.

“Donald Trampın prezidentliyinin taleyi ölkə daxilində həll olunur. Ölkə daxilində problemlər baş qaldırarsa, Donald Trampın hakimiyyəti üçün ciddi təhlükə yaranacaq. Onsuz da ölkədə Trampdan narazı olan kifayət qədər insan var və şatdaun da ciddi narahatlıqları özünə qatarsa, bu vəziyyət siyasi prosesləri Donald Trampın impiçmentinə istiqamətləndirə bilər”-deyə Xəyal Bəşirov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:1728
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Oktyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri