Icma.az
close
up
RU
ABŞ ilə Ermənistan arasında imzalanacaq strateji sənəd Cənubi Qafqazın taleyini necə dəyişəcək? AÇIQLAMA

ABŞ ilə Ermənistan arasında imzalanacaq strateji sənəd Cənubi Qafqazın taleyini necə dəyişəcək? AÇIQLAMA

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Bu gün Vaşinqtonda xarici işlər naziri Ararat Mirzoyan və Dövlət katibi Entoni Blinken Ermənistanla Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Sosial şəbəkələrdə hələ də bu hadisənin baş verəcəyi ilə bağlı şübhələr var. 

Maraqlıdır, tərəfdaşlığın pərdəarxası məqamları nələrdir və sənəd imzalanandan sonra bu addımın hansı təsirləri olacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bu hadisəni İrəvanın Rusiyaya tarixi xəyanəti kimi dəyərləndirib.

Onun sözlərinə görə, bu, əslində İrəvan üçün, təəssüf ki, tarixi hadisədir:

“Ermənistan -ABŞ hərbi-siyasi ittifaqının bağlanmasının əsası qoyulur. Şübhəsiz ki, Ermənistan-Amerika münasibətlərinin böyük potensialı var. Bunun ən vacib məqamı Ermənistanın ABŞ-nin NATO-dan kənar mühüm müttəfiqi statusunu almasıdır.Ermənistan hökuməti həmçinin Donald Tramp administrasiyası ilə də strateji tərəfdaşlıq sazişinin həyata keçirilməsi və Ermənistanın NATO-dan kənar mühüm müttəfiq statusunu təmin etməsini gözləyir.Ermənistanda bəyan edirlər ki, hazırda Ermənistanın hərbi-siyasi müttəfiqi yoxdur və ABŞ-Fransa strateji əməkdaşlığının inkişafı təhlükəsizlik təminatlarının təmin edilməsinə töhfə verə bilər. Ermənistanın Co  Bayden administrasiyası ilə işi onu strateji tərəfdaşlıq sazişinin imzalanması mərhələsinə gətirib. Əmindirlər ki, Donald Tramp və Respublikaçılar administrasiyası da Ermənistanla münasibətlərin dərinləşməsində maraqlı olacaq”.

Ə.Əlibəyli qeyd edib ki, Rusiya Cənubi Qafqazda mövqelərini itirir:

“Ermənistan Aİ-yə də üzvlük prosesinə başlamaq niyyətini açıqlayıb. Yaxın vaxtlarda parlament müvafiq qanun qəbul edəcək və Ermənistan Aİ-yə üzvlük prosesinə rəsmən başlayacaq. Əslində Paşinyan hesab edir ki, Ermənistan Rusiyadan Qərbə doğru strateji dönüş edir. Belə olduğu halda, yaxın gələcəkdə Ermənistanın KTMT və  Aİİ-dən çıxmasını da gözləmək olar.Bu da o deməkdir ki, Rusiya Cənubi Qafqazda mövqelərini itirərək Qərbə verir. Bu, belə olduğu halda, Cənubi Qafqazın tarixində böyük geosiyasi dəyişikliyə çevrilə bilər. İrəvandakılara görə, əsrlər boyu bu bölgə Rusiya, Türkiyə və İranın təsiri altında olmuşdur. Ermənistanın sayəsində regionda qərbləşmə prosesi başlayır. Ermənistanın Aİ-yə daxil olma ehtimalı yüksəkdir ki, bu da Cənubi Qafqazın avropalaşmasının başlanğıcı deməkdir. Gürcüstanın iştirakı ilə bu prosesi sürətləndirmək olardı”.

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı bildirib ki, Bayden Administrasiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış Ermənistanla strateji sənədin imzalanması Trampa “miras” qoymaq məqsədi daşıyır: 

“ABŞ-nin yeni hakimiyyətinin Ermənistana münasibətdə sələfindən fərqlənəcəyi, Cənubi Qafqazda daha çox Azərbaycana önəm verəcəyi proqnozlaşdırılır. Trampın Baydendən fərqli olaraq, Bakı-İrəvan arasında balans xəttini qoruması belə Ermənistan “əlini zəiflədəcək” amildir. Strateji sənədin imzalanması ilə yeni administrasiyanın üzərinə Ermənistanı dəstəkləmək öhdəliyini qoymaq istəyirlər, hərçənd, Trampın buna nə qədər əməl edəcəyi sual altındadır. Sənəddə nələrin əks olunacağı xüsusilə maraqlıdır. Təfərrüatlar bəlli olmasa da, buraya təhlükəsizlik kimi məsələlərin daxil ediləcəyi, özündə 5 aprel 2024-cü il Brüssel razılaşmasının müəyyən tərəflərini ehtiva edəcəyi istisna deyil. O da istisna deyil ki, Mirzoyanla Blinkenin əsas müzakirə mövzularından biri yeni administrasiyanın sənədə sadiq qalmasını təmin etməyin yollarıdır və bu prosesdə erməni diasporu-lobbisinin aktivlik nümayiş etdirəcəyi gözləniləndir. Strateji sənəd Trampın Bakı-İrəvan xəttində balansı saxlamaq imkanlarını zəiflədir. Yeni administrasiya Cənubi Qafqazla bağlı siyasətində ya bu sənədi əsas götürməyə, ya da Azərbaycanla da eyni razılaşmalar əldə edə bilər. Əks təqdirdə, Trampın regiondakı siyasəti effektsiz olacaq”.

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri