Icma.az
close
up
RU
Tbilisi səfəri: Cənubi Qafqazın taleyini dəyişən strateji mesaj

Tbilisi səfəri: Cənubi Qafqazın taleyini dəyişən strateji mesaj

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin qardaş Gürcüstana səfəri iki ölkə arasındakı çoxəsrlik dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət başçılarının mətbuata bəyanatı mövcud siyasi, iqtisadi və geostrateji tərəfdaşlığın perspektivlərini aydın şəkildə göstərir”.

 Bunu Ölkə.az-a açqılamasında deputat Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayıb, bu ənənələr bu gün də dövlətlərarası münasibətlərin əsasını təşkil edir: “Məhz, bu möhkəm tarixi baza iki ölkənin müasir dövrdə də qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelini formalaşdırıb. Bu gün hər iki müstəqil dövlət inamla inkişaf edir və beynəlxalq arenada bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyir. 

Gürcüstandakı müsbət sərmayə iqlimi iqtisadi əməkdaşlığın miqyasını sürətlə genişləndirir. Təsadüfi deyil ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dolları ötüb və artım dinamikası saxlanılarsa, ilin sonuna qədər rəqəmin 1 milyard dollara çatması gözlənilir. İndiyədək Gürcüstan iqtisadiyyatına Azərbaycan tərəfindən 3,7 milyard dollar həcmində sərmayə yatırılıb və bu gün də yeni investisiya layihələri, hətta gələcəkdə üçüncü ölkələrə birgə sərmayə qoyuluşu imkanları müzakirə edilir.

Enerji və nəqliyyat sahəsində əməkdaşlıq isə Azərbaycan–Gürcüstan tərəfdaşlığının strateji sütunlarını təşkil edir. Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir.  Bu gün Azərbaycan qazı 16 ölkəyə Gürcüstan vasitəsilə ixrac olunur. 20 ildir fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft kəməri və geniş coğrafiya üçün əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın karbohidrogen ehtiyatları dünya bazarlarına çıxarılır. Eyni zamanda, Xəzərin şərq sahillərindəki neft resurslarının tranziti və Azərbaycanla Gürcüstanın əsas nəqliyyat damarı sayılan Orta Dəhlizin genişləndirilməsi prosesi uğurla həyata keçirilir. 
  Görüşlər çərçivəsində regional təhlükəsizlik arxitekturası, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya xətlərinin inkişafı kimi məsələlərin geniş şəkildə müzakirə olunması bir daha göstərdi ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı daha da dərinləşdirmək əzmindədirlər. Bütün bu faktorlar sübut edir ki, iki ölkə arasında münasibətlər təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır, daha geniş regional və qlobal əhəmiyyət daşıyır. Beləliklə, birgə layihələrin effektiv koordinasiyası və qarşılıqlı dəstəyin davam etdirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunmasına xidmət edəcək. Bundan başqa,  Prezident İlham Əliyevin Gürcüstana səfəri  Bakı və Tbilisi arasında strateji tərəfdaşlığın uğurlu regional inkişaf modeli olduğunu da bir daha təsdiqləmiş oldu”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Aprel 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri