Icma.az
close
up
RU
Cənubi Qafqazın lideri...

Cənubi Qafqazın lideri...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa regional məsələləri Azərbaycan Prezidenti ilə müzakirə edir

Qlobal çağırışlar müasir dünya üçün yeni transformasiyalar yaratmaqdadır. Uzun illər, daha doğrusu XX əsr boyunca davam etmiş qütblərarası mübarizədə ön planda hərbi güc və ya siyasi status önəm daşısa da, yeni nizamda bu amil bir qədər arxa plana keçib. Hazırda qlobal siyasətin gündəmini təyin edən asas faktorlardan biri və bəlkə də birincisi regional imkanlar, regional aktorlar və regional sabitləşdirici statusdur. Hazırda aparıcı güclər sırasında adları qeyd edilən Şərq və Qərb faktoru məhz onları birləşdirən regional faktorlar vasitəsilə əlaqələrini tənzimləyirlər - bu isə o deməkdir ki, qlobal siyasi məkanın gündəminin təyinatçıları məhz həmin regional sabitləşdirici satutusu daşıyan ölkələrdir.

Yeni nizamın yeni konturları...

Azərbaycanın son 6 ildə əldə etdiyi nailiyyətlər, uğurlar sözün əsl mənasında yeni siyasi-iqtisadi münasibətlər sisteminin formalaşmasına yol açıb. Cənubi Qafqazda yaranan yeni təhlükəsizlik arxitekturası Şərq-Qərb iqtisadi tranzit axınında böyük yeniliklərə yol açıb. Orta Dəhlizin şaxələndirilməsi, qitələrarası ticarətin sürətli sıçrayış qazanma imkanlarının ortaya çıxması, daha intensiv əlaqələrin qurulmasına töfhələrin verilməsi bunu təsdiqləyir. Bölgədə yaranan yeni sabitlik modeli Azərbaycanın hərbi-siyasi qələbəsinin nəticəsi olmaqla yanaşı, həm də davamlı iqtisadi əməkdaşlıq fəlsəfəsinə əsaslanan genişmiqyaslı regional inkişaf konsepsiyasına söykənir. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və enerji layihələri regionu qlobal siyasi xəritədə vacib tranzit mərkəzinə çevirir. Xüsusilə Zəngəzur dəhlizi (TRİPP) perspektivi Şərqlə Qərbi birləşdirəcək ən təhlükəsiz, ən qısa və ən funksional xətt kimi dəyərləndirilir. Bu dəhliz təkcə fiziki nəqliyyat koridoru deyil; bu, qlobal güclərin maraqlarını kəsişdirən, sabitliyə və davamlı əməkdaşlığa əsaslanan yeni geostrateji sistemin əsas sütunlarından biridir. Rəsmi Bakı bu sistemi formalaşdırmaqla regionda müharibə risklərini minimuma endirdi və Cənubi Qafqazı qlobal iqtisadiyyatın ayrılmaz bir hissəsinə çevirdi.

Bakının iradəsi ilə...

Təbii ki, iqtisadi sabitləşdirici rol bu və ya digər şəkildə siyasi həyata da sirayət edir. Vaxtilə bölgə ilə bağlı fərqli maraqlardan çıxış edən siyasi dairələr, dövlətlər artıq regionla bağlı müzakirələrini Bakı ilə aparır, Azərbaycanın iradəsini əsas götürürlər. Buna misal olaraq, may ayının əvvəlində Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin VIII Zirvə görüşünün ardından köhnə qitənin bir sıra dövlətlərinin rəhbərlərinin ölkəmizi ziyarət etməsini də göstərmək olar. Bu gün Cənubi Qafqazın böyük mənada qlobal, kiçik mənada isə Avrasiya üçün əhəmiyəti tarixdə heç bir zaman olmadığı qədər yüksəkdir. Hər bir ölkə ayrı-ayrılıqda və ya təmsil olunduğu təşkilat çərçivəsində (məsələn Aİ) Cənubi Qafqazdan şaxələnən yeni iqtisadi nizamda yer almağa çalışır. Amma hər bir ölkə də dərk edir ki, bu, Azərbaycanın iradəsindən kənar mümkün deyil. 

Fransa prezidentinin zəngi - Paris etiraf edir...

Son 30 ilə yaxın münaqişə dövründə Azərbaycan çox haqsızlığa məruz qalıb - torpaqlarımızın ermənilər tərəfindən işğalı, ölkəmizə qarşı edilən təcavüzə loyal münasibət, uzun illər vasitəçilik adı altında fəaliyyətsizliyin nümayişi, beynəlxalq statuslu qətnamələrin icra edilməməsi və bu kimi çoxsaylı addımlar Bakının meydanda haqsızlığa qarşı tək mübarizə aparmasına yol açmışdı. Nəticədə ədalət qələbə qazandı - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ölkəmizin həm siyasi, həm iqtisadi müstəvidə yeni inkişaf mərhələsini başlatdı. Cəmisi 6 il sonra yaranan situasiya bütövlükdə mənzərəni aydın şəkildə ortaya qoyur. İllərlə Azərbaycana qarşı fərqli kampaniyalar aparan, “təzyiq aparatları” vasitəsilə, ucuz və əsassız qətnamə və qərarlarla, müəyyən destruktiv və təxribatçı əməllərlə (məsələn işğalçı ölkəyə silah satışı) Cənubi Qafqaza nifaq salmaq istəyən dövlətlər və təşkilatlar da artıq reallığı görür və dərk edir. Xüsusilə, Avropa məkanı bu rallığı qəbul edir ki, bu gün Cənubi Qafqazın lideri Azərbaycandır. Bunu Fransa prezidentinin Azərbaycan Przidentinə zəngi də təsdiqləyir. Xatırladaq ki, mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Prezidentin X sosial media hesabında edilən paylaşımda bildirilir ki, telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlər nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb: “Biz, həmçinin regional və qlobal prosesləri müzakirə etdik”.

Neytral, ədalətli, beynəlxalq hüquqa əsaslanan...

Bəli, Bakı artıq geniş mənada regionla bağlı siyasi dialoqun qorunması, təhlükəsizlik risklərinin idarə olunması və əməkdaşlıq mexanizmlərinin qurulması baxımından mühüm mərkəz funksiyasını icra edir. Ölkənin xarici siyasət xətti hər zaman milli maraqlar prinsipinə, mehriban qonşuluq fəlsəfəsinə və qarşılıqlı fayda modelinə əsaslanıb. Bu siyasət regionu uzun müddət təhdid altında saxlayan güc qarşıdurmalarını neytrallaşdırmağa imkan verib - Fransa dövlət başçısının regionla bağlı məsələləri Bakı ilə müzakirə etmək ehtiyacı da bunu təsdiqləyir. Bu faktor Cənubi Qafqazın “yeni inkişaf mərhələsi” kimi xarakterizə olunduğu bir dövrdə beynəlxalq güclər tərəfindən yüksək qiymətləndirilir.

Paralel olaraq Bakı həm də Şərq-Qərb geosiyasi trafikində neytral, lakin təsir gücü olan aktor kimi çıxış edir. Bu, enerji siyasətində xüsusilə özünü göstərir. Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası Avropa üçün enerji təhlükəsizliyi ilə bağlı yeni imkanları yaradıb. Azərbaycanın qaz ixrac etdiyi dövlətlərin sayı xüsusilə Avropada ildən-ilə artır. Bakının sadiq tərəfdaşlığı, etibarlı strateji dost davranışı isə bütün dövlətlər tərəfindən açıq kotenkstdə ifadə olunur.

Qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu paytaxt

Paytaxtımız demək olar ki, hər il müxtəlif mahiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qlobal pandemiya dövründə davranışlarımız, kolonializmdən əziyyət çəkən ölkələrə yardımlar, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən dövlətlərin hüquqlarının müdafiəsi kimi mühüm fəaliyyət spektrləri, müasir şəhərsalma imkanlarının müzakirəsi kimi mühüm səylər Azərbaycanın beynəlxalq aləmdəki yerini müəyyənləşdirib. Bu, Bakının əhəmiyyətini, əməkdaşlıq üçün tam etimad edilən dövlət kimi qəbul olunduğunu göstərir. Müasir çağırışlar çoxtərəfliliyi təbliğ edir - xüsusilə, ticari-iqtisadi münasibətlərin diversifikasiya edilməsi ölkələrarası əlaqələrə rəngarənglik qatır. Azərbaycan bütün qlobal mühit üçün alternativ enerji və nəqliyyat marşrutu təqdim etdiyi kimi, həm də humanizm, ədalət və beynəlxalq hüquqa hörmət kimi mühüm dəyərləri təbliğ edir. Azərbaycanın siyasi praqmatizmə əsaslanan mövqeyi və regional sülh təşəbbüsləri qlobal dünya tərəfinhdən təqdir edilir. Bu isə Azərbaycanın regionda sülh və inkişafın əsas mənbəyi olması fikrini daha da qətiləşdirir.

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 May 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri