ABŞ ilə etibarlı əlaqələr İlham Əliyevin şəxsi zəka və təcrübəsinin təzahürüdür Fazil Mustafa
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan Prezidentinin dünyanın süpergücü olan bir ölkənin rəhbəri ilə qurduğu münasibətlər, birbaşa olaraq onun diplomatik bacarığının, strateji düşüncəsinin və uzaqgörən dünyagörüşünün əyani təzahürüdür. Azərbaycan ölçüsündə olan heç bir digər ölkə bu səviyyədə səmərəli və etibarlı diplomatik əlaqələr qura bilmir. Bu, Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin şəxsi zəka və təcrübəsinin təzahürüdür".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa ABŞ Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin tədbiri zamanı səmimi dialoqundan danışarkən bildirdi.
"Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ kimi global gücə malik və öz siyasətində standartlardan çıxmayan ölkələrlə münasibət qurmaq böyük səriştə, siyasi zəka və incə diplomatik manevrlər tələb edir. İlham Əliyev bunun öhdəsindən gəlməklə, həm Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmiş, həm də ölkənin strateji mövqelərini qorumaq üçün mühüm diplomatik imkanlar yaratmışdır. Bu ünsiyyət və yaxınlıq həm də dünya ictimaiyyətinə açıq mesaj verir ki, Azərbaycan siyasətdə də etibarlı və ağıllı tərəfdaş olaraq tanınır", - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 25 Sentyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















