Icma.az
close
up
RU
ABŞ ilə İran arasında kompromis yalnız nüvə proqramı ilə bağlı olmayacaq

ABŞ ilə İran arasında kompromis yalnız nüvə proqramı ilə bağlı olmayacaq

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ–İran münasibətlərinin hazırkı mərhələsi klassik müharibə və ya sülh çərçivəsinə sığmayan, “idarəolunan eskalasiya” modeli kimi xarakterizə olunur. Münaqişənin dinamikası göstərir ki, tərəflər tammiqyaslı müharibənin yüksək iqtisadi və geosiyasi xərclərini nəzərə alaraq bir-birinə təzyiq göstərməkdə davam edir, lakin eyni zamanda diplomatik kanalları tam bağlamaq niyyətində deyillər.
ABŞ üçün əsas məqsəd İranın nüvə proqramını məhdudlaşdırmaq, regional təsir imkanlarını zəiflətmək və Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdir. İran isə öz növbəsində təhlükəsizlik təminatları, sanksiyaların yumşaldılması və regional nüfuzunun tamamilə sıradan çıxarılmaması istiqamətində mövqe tutur.
Bəzi politoloqların fikrincə, hazırkı böhran Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması prosesinin tərkib hissəsidir. Bu yanaşmaya görə, ABŞ və müttəfiqləri yalnız İranın nüvə proqramını deyil, bütövlükdə regiondakı qüvvələr balansını yenidən qurmağa çalışırlar. Bu çərçivədə İsrail–Hizbullah–İran üçbucağının gələcək statusu xüsusi əhəmiyyət daşıyır.
Britaniyalı nüfuzlu ekspert
Dr. Sanam Vakil qeyd edir ki, atəşkəs və ya müvəqqəti razılaşmalar böhranın köklü səbəblərini aradan qaldırmır. Əsas problemlər regional güc balansı, nüvə proqramı və proksi qüvvələrin statusu ilə bağlıdır.
Digər tərəfdən, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlillərində vurğulanır ki, ABŞ–İran qarşıdurması hərbi üstünlükdən daha çox siyasi dözümlülük və tərəflərin qarşı tərəfə nə qədər xərc yükləyə bilməsi üzərində qurulub. Bu baxımdan münaqişə strateji səbir mübarizəsinə çevrilib.
Hörmüz boğazı məsələsi münaqişənin mərkəzi elementlərindən biridir. ABŞ və Qərb dövlətləri boğazı beynəlxalq dəniz yolu kimi qiymətləndirirlər. İran isə müxtəlif dövrlərdə burada daha geniş nəzarət hüququ iddia edib. Bu səbəbdən Hörmüz yalnız enerji marşrutu deyil, həm də geosiyasi rıçaqdır.
ABŞ administrasiyasına yaxın mənbələrdə səsləndirilən mövqelərə görə, mümkün razılaşmanın əsas şərtlərindən biri Hörmüzdə normal gəmiçiliyin bərpasıdır. Digər mühüm şərt isə zənginləşdirilmiş uran ehtiyatlarının beynəlxalq nəzarətə verilməsi və ya ölkədən çıxarılmasıdır.
Bu tələblər Vaşinqtonun İranı nüvə silahı əldə etmək potensialından uzaqlaşdırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Tehran isə uranın tam təhvil verilməsini milli təhlükəsizlik və suverenlik məsələsi hesab etdiyindən bu mövzu danışıqların ən mürəkkəb istiqaməti olaraq qalır.
İranın regional proksi şəbəkələri məsələsi də danışıqların ayrılmaz hissəsidir. Hizbullah son illərdə hərbi və siyasi baxımdan müəyyən zəifləmə yaşasa da, İranın Livan bölgəsində strateji təsirinin əsas alətlərindən biri olaraq qalır.
Tehranın 1979-cu ildən regionla bağlı geosiyasi (Əfqanıstana, Pakistana, Tacikistana, Cənubi Qafqaza, hətta Özbəkistanın bəzi ərazilərinə iddialar) planlarının iflasa uğramasını İranın məğlubiyyəti kimi qiymətləndirən ekspertlər hesab edirlər ki, İranın əsas gücü yalnız öz ordusunda deyil, məhz regional proksi təsir şəbəkəsindədir. Bu şəbəkənin zəifləməsi İranın strateji çəkisinin tam azalması demək olardı.
Bununla belə, İranın tam məğlubiyyətindən danışmaq hələ tezdir. Təcrübədə İran, uzunmüddətli təzyiq şəraitində adaptasiya qabiliyyətinə malik dövlətdir və asimmetrik strategiyalardan istifadə etməyi bacarır. Gələcək razılaşmalarda bölgə dövlətlərinin də mövqeyini gözardı etmək olmaz. Ekspertlər də uzunmüddətli həll yolunun hərbi qələbədən deyil, bölgənin kollektiv təhlükəsizlik modelindən keçdiyini vurğulayırlar.
Mövcud vəziyyət göstərir ki, tərəflər arasında kompromis yalnız nüvə proqramı ilə bağlı olmayacaq. Hər hansı davamlı razılaşma İranın regional fəaliyyəti, Hizbullahın rolu, İsrailin təhlükəsizlik tələbləri və Fars körfəzi ölkələrinin maraqları kimi məsələləri də əhatə etməlidir.
Geosiyasi baxımdan prosesin yekun nəticəsi üç ssenaridən birinə yaxınlaşa bilər. Birinci ssenari uzunmüddətli idarəolunan qarşıdurmanın davam etməsidir. İkinci ssenari məhdud kompromis əsasında yeni regional təhlükəsizlik arxitekturasının qurulmasıdır. Üçüncü və ən riskli ssenari isə lokal böhranların nəzarətdən çıxaraq genişmiqyaslı regional müharibəyə çevrilməsidir.
Hazırkı mərhələdə ən real görünən variant birinci və ikinci ssenarilərin kombinasiyasıdır. Yəni tərəflər rəqabəti davam etdirəcək, lakin eyni zamanda müəyyən qaydalar və məhdudiyyətlər çərçivəsində yeni regional status-kvonun formalaşmasına çalışacaqlar. Bu mənada ABŞ–İran qarşıdurması artıq təkcə iki dövlət arasındakı mübahisə deyil; Yaxın Şərqin gələcək geosiyasi düzəninin necə qurulacağına dair mübarizənin əsas meydanına çevrilib.
Ramin Allahverdiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 İyun 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri