ABŞ ilə Ukrayna nədə razılaşdılar?
Icma.az, Azvision saytına istinadən bildirir.
AzVision.az xəbər verir ki, “Fox News” telekanalının jurnalisti Nana Sacaya danışıqların iştirakçısı olmuş mənbəyə istinadən “X” sosial şəbəkəsində belə paylaşım edib.
“Görüşün nəticəsinə əsasən Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifi ilə razılaşıb. Lakin bu tələbin Rusiya tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə. ABŞ yaxın vaxtlarda Rusiya tərəfi ilə bunu müzakirə etmək niyyətindədir”, - danışıqlarda iştirak edən Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib.
ABŞ prezidenti Donald Tramp Moskva və Vaşinqton nümayəndələri arasında “bu gün və sabah” yeni görüşlər keçirəcəyini açıqlayıb. O, həmçinin bu həftə rusiyalı həmkarı Vladimir Putinə zəng etməyi planlaşdırdığını deyib.
Bundan əlavə, Vaşinqton hərbi təchizat və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edəcəyinə söz verib. Kiyev isə hərbi yardımı artıq bərpa olunduğunu bildirib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Görüşdülər, danışdılar bəs nədə razılaşdılar?
31 Oktyabr 2025 18:18
Ukrayna parlamenti ABŞ ilə sazişə
08 May 2025 18:31
ABŞ Ukrayna dronlarını alacaq
25 İyul 2025 12:38
Ukrayna ABŞ danışıqları yekunlaşıb
15 Dekabr 2025 20:38
ABŞ: Ukrayna ərazi güzəştləri ilə hədələnir
15 Noyabr 2024 19:20
Baxış sayı:63
Bu xəbər 12 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları